SON XƏBƏRLƏR

Suriyada daha bir qanlı cümə

2021.10.20, 07:36
Suriyada daha bir qanlı cümə

Gunaz.tv

GünAz TV: Dünən axşam Suriyada cümə namazından sonra küçələrə çıxan müxalifət tərəfdarları ilə hökumət qüvvələri arasında növbəti qanlı toqquşma olub.

Milli.Az xəbər portalı "Euronews" telekanalına istinadən xəbər verir ki, ordunun nümayişçilərə atəş açması daha 25 nəfərin ölümünə səbəb olub. Ölənlər arasında 2 uşaq da var.

Rəsmi KİV (kütləvi informasiya vasitələri) isə toqquşmalarda 10 hərbçinin həlak olduğunu xəbər verir.

Nümayişçilər Bəşər Əsəd rejimini istefaya çağırmaqla yanaşı, Rusiyadan Əsədin dəstəklənməsinə son qoyulmasını da tələb ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar