SON XƏBƏRLƏR

İşgəncə edilmiş tutuqlu azərbaycanlı fəallar zindan məsullarından şikayət ediblər

2021.10.20, 07:36
İşgəncə edilmiş tutuqlu azərbaycanlı fəallar zindan məsullarından şikayət ediblər

Gunaz.tv

GünAz TV: Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı tutuqlanan azərbaycanlı fəalların 15 nəfəri ağır işgəncə edilib və döyülüblər.

 

Məlumata görə, artıq tutuqlu azərbaycanlı fəallar zindan məsullarından şikayət ediblər. Şikayətdən sonra tibbi ekspert (pezeşk-i qanuni) zərərçəkənləri müayinə edib.

 

Zərərçəkənlərdən biri Qadir Növruzi İmam Rza xəstəxanasına aparılıb. O, müayinə edilib və dərman resepti (nüsxəsi) aldıqdan sonra zindana qaytarılıb.

 

Son məlumata görə, məmurlar tərəfindən tutuqlu azərbaycanlı fəalların səhhətində ağır problemlər var. Qadir Növruzidən başqa, Məhəmməd Əlimuradinin bədənin 8 nöqtəsində sınıqlıq əmələ gəlib. Əli Sirnakın çənəsi və 3 dişi sınıb. Fərzad Məhdəvi və Əhməd Əlizadənində ayaq və qol nahiyyələrində sınıqlar var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar