SON XƏBƏRLƏR

Azərbaycan parlamentində millət vəkilləri Urmu Gölündən danışıblar

2021.10.20, 07:36
Azərbaycan parlamentində millət vəkilləri Urmu Gölündən danışıblar

Gunaz.tv

GünAz TV: Milli Məclisin payız sessiyasının (cələsə, mərhələ) ilk iclasında deputat (millət vəkili) Qənirə Paşayeva da çıxış edib. O, Güney Azərbaycandakı Urmiya gölünün qurumaq təhlükəsi ilə üzləşməsinə etiraz edən soydaşlarımızın İran hakimiyyətinin repressiyalarıa (sərkublarına) məruz qalmasından danışıb.

 

Qənirə Paşayeva deyib ki, “biz Urmiya gölü ilə  bağlı cənubdakı soydaşlarımıza dəstək verməliyik”. Deputat İran parlamentinə müraciət edib ki, orada yaşayan azərbaycanlıların problemlərinə biganə qalmasın. “Mən İran parlamentinə səslənirəm: Azərbaycan əleyhinə fəaliyyət göstərən “Səhər” kanalına verdiyiniz pulu Urmiya gölünün qurumasının qarşısını almağa yönəldin”.

 

 Deputat Siyavuş Novruzov isə İranda yaşayan 30 milyon azərbaycanlını bu məslədə aktivliyə çağırıb. “Amma onların özlərində də bir hərəkət olmalıdır”-deyə deputat vurğulayıb.

 

Deputat Fəzail Ağamalı, Fərəc Quliyev və İqbal Ağazadə də eyni problemlə bağlı danışıblar.

 

 İqbal Ağazadə İranda hüquqları pozulan 35 milyon Azərbaycan məsələsinə rəsmi Bakının səssiz qalmasının yaxşı hal olmadığını və kəskin etiraz bildirməsini vacibliyini qeyd edib. Modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar