SON XƏBƏRLƏR

Təbrizdə Rəhim Əli Rzayi, Məsud Bayrami və Şəhram Dadaşı tutuqlanıb

2021.10.20, 07:36
Təbrizdə Rəhim Əli Rzayi, Məsud Bayrami və Şəhram Dadaşı tutuqlanıb

Gunaz.tv

GünAz TV: Dünən (sentyabrın 29-u , mehrin 7-i) Tənrizdə 3 nəfər azərbaycanl fəal Rəhim Əli Rzayi, Məsud Bayrami və Şəhram Dadaşı tutuqlanıb.

 

Məlumata görə, Rəhim Əli Rzayi öz evinin qarşısında ETTELAAT (İran Kəşfiyyat Nazirləri) məmurları ilə qarşılaşıb. Məmurlar onu yaxaladıqdan sonra evə daxil olub və evdə axtarış aparıblar. Axtarış nəticəsində kitab, kompüter və bir sıra şəxsi əşya zəbt olunub. ETTELAAT məmurlarə Rəhim Əli Rzayi və ona aid şəxşi əşyaları naməlum istiqamətə aparıblar.

 

Həmçinin Məsud Bayrami və Şəhram Dadaşı də oxşar vəzuiyyətdə tutuqlanıblar. Onlarında evində axtarış aparılıb və şəxsi əşyaları məmurlar tərəfindən zəbt edilib.

 

Hələlik tutulanların vəziyyəti barədə heç bir məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar