SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Əsgər Əkbərzdə Aclıq Aksiyasında...

2021.10.20, 07:36
Azərbaycanlı fəal Əsgər Əkbərzdə Aclıq Aksiyasında...

Gunaz.tv

GünAz TV: İki gün öncə Ərdəbilin mərkəzi zindanı və ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasından azadlığa buraxılan milli-mədəni fəallar yeni məlumat veriblər.

 

Onların sözlərinə görə azərbaycanlı fəal cənab Əsgər Əkbərzadə qanunsuz yaxalandığına görə, bir neçə gündür aclıq aksiyasına (etisab-i ğəza) başlayıb və hələdə davam etdirir.

 

Qeyd edək edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal sentyabrın 9-ü (şəhrivərin 18-i) Urmu Gölü ilə bağlı keçirilən kütləvi etiraz yürüşü ərəfəsində Astara-Ərdəbil yolunda ETTELAAT məmurları tərəfindən tutuqlanıb və Ərdəbilin ETTELAAT şöbəsinə aparılıb.

 

Xatırladaq ki, cənab Əkbərzadə milli-mədəni hüquqlar uğrunda fəaliyyətlərinə görə dəfələrlə tutuqlanıb və aylarca həbs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar