SON XƏBƏRLƏR

Ankarada "Türk Cümhuriyyətləri müstəqilliklərinin 20-ci ilində” toplantısı keçiriləcək

2021.10.20, 07:36
Ankarada "Türk Cümhuriyyətləri müstəqilliklərinin 20-ci ilində” toplantısı keçiriləcək

Gunaz.tv

GünAz TV: Toplantıda Türkiyə prezidenti Abdullah Gül və türk dövlətlərinin xarici işlər nazirləri çıxış edəcəklər.

Ankaradakı Türkiyə Nazirlər Kabineti Xalq Diplomatiyası İdarəsi və Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə oktyabrın (October) 5-dən 6-dək “Türk Cümhuriyyətləri müstəqilliklərinin 20-ci ilində” mövzusunda Beynəlxalq toplantı keçiriləcək.

GünAz TV mətbuat mərkəzinin “Ans press”-ə istinadən yaydığı məlumata görə, Toplantıda Türkiyə prezidenti Abdullah Gül və türk dövlətlərinin xarici işlər nazirləri çıxış edəcəklər.

 Türk dünyasında siyasi, iqtisadi, mədəni və elmi əlaqələrin dəyərləndirilməsindən sonra Xoca Əhməd Yasəvi Universitetinin Orta Asiya bölgəsinə dair hesabatları dinləniləcək, Türkiyə Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət Mərkəzinin Avrasiya bölgəsindəki türk topluluqları ilə bağlı layihəsinin təqdimatı olacaq.

Toplantı iştirakçıları “TRT” televiziya kanalının hazırladığı sənədli filmə baxacaq, Türk Tarix Kurumu və Türk Dil Kurumunun türk dünyası haqqında elmi tədqiqatları ilə tanış olacaqlar. Müzakirələrdə türk ölkələrindən 100-dən çox alim və siyasətçi iştirak edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar