SON XƏBƏRLƏR

Yəmən ordusu parçalanır

2021.10.20, 07:36
Yəmən ordusu parçalanır

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, Prezident Qvardiyasından (prezident qardından) 100 əsgər müxalifətin tərəfinə keçib.

Yəməndə minlərlə insan prezident Əli Abdulla Salehin ölkəyə qayıtmasına etiraz etmək üçün küçələrə çıxıb.

Nümayişçilərə əsgərlər də qoşulub. Prezident Qvardiyasından 100 əsgər Salehi dinc vətəndaşlara qarşı soyqırım törətməkdə ittiham edib və general Əli Muhsin Əl Əhmərə bağlı müxalif qüvvələrin tərəfinə keçib.

Sənanın şimalında isə Yəmən ordusuna məxsus hərbi təyyarə bölgədəki müxalif qüvvələr tərəfindən vurulub, təyyarənin pilotu (xələbanı) isə əsir alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar