SON XƏBƏRLƏR

Suriya ordusu Rastanı nəzarətə götürə bilməyib

2021.10.20, 07:36
Suriya ordusu Rastanı nəzarətə götürə bilməyib

Gunaz.tv

GünAz TV: Altı aydan çoxdur iqtidar əleyhinə etiraz aksiyalarının (yürüşlərin) keçirildiyi Suriyada Rastan qəsəbəsinə girməyə çalışan ordu geri oturdulub.

 

Ordudan ayrılaraq müxalifətin tərəfinə keçən kapitan Yusif Hamud müxaliflərin ciddi müqavimət göstərdiyini və hərbçilərin qəsəbəyə girməsinə imkan vermədiyini bildirib. Hamud toqquşmalar əsnasında qəsəbə mərkəzindəki Rəhman və Ulu məscidlərinin zərər gördüyünü deyib.

 

Hama, Humus və İdlib şəhərlərində isə həyata keçirilən hücumlarda 9 əsgər ölüb. Dinc sakinlər arasında da onlarla ölən var. üç nöqtə

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar