SON XƏBƏRLƏR

Amerika İranın təhdidini ciddiyə almadı

2021.10.20, 07:36
Amerika İranın təhdidini ciddiyə almadı

Gunaz.tv

GünAz TV: İran gəmilərinin Atlantik okeanına (ətləs iqyanusu)  göndərilməsi xəbəri Vaşinqtonu narahat etmədi.

İran donanması (navqan) Atlantik okeanına raketlərlə təchiz olunmuş hərbi gəmilər göndərəcəyini açıqladı.

Gəmilərin Atlantik okeanındakı ABŞ (Amerika Birləşmiş Ştatları) quru suları yaxınlığında yerləşəcəyini İranın müdafiə naziri Əhməd Vahidi açıqlayıb.

İran Dəniz Qüvvələri komandanı (fərmandehi) Həbibullah Səyyari də "Quru sularımızda Vaşinqtonun təzyiq və təhdidi ilə qarşı-qarşıya olduğumuza görə, biz də Amerika quru sularının yaxınlığında mövcudluğumuzu nümayiş etdirəcəyik" deyib. Səyyari gəmilərin nə zaman göndəriləcəyini isə açıqlamayıb.

Gəmilərin 200 kilometr mənzilli raketlərlə təchiz edildiyi qeyd edilib.

Ağ Ev sözçüsü Cey Karni isə bu xəbəri ciddi qarşılamadıqlarını söyləyib. Karni "Biz belə açıqlamaları İranın donanma qabiliyyətini əks etdirmir deyə ciddiyə almırıq" deyib. TRT

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar