SON XƏBƏRLƏR

Mahmud Əhmədinejad məhkəməyə çağrıla bilər

2021.10.20, 07:36
Mahmud Əhmədinejad məhkəməyə çağrıla bilər

Gunaz.tv

GünAz TV: İran parlamentinin 90-cı maddə üzrə komissiyası parlamentin ümumi sessiyasında (iclasında) prezident Əhmədinejadın indiyə qədər qanunauyğun olmayan davranışlarını sadalayıb və bildirib ki, bu qanunsuzluqlar araşdırılaraq dəqiqləşdirilibdir.

Sentiyabrın (September) 27-də komissiyanın (komisyon) 4 aylıq fəaliyyətinin nəticələri sessiyada oxunubdur. Millət vəkillərinin prezidentdən şikayətləri 4 istiqamətdə qiymətləndirilibdir. Bu şikayət prezidentin qanuna zidd fəaliyətləri kimi parlamentin müvafiq komissiyasında araşdırılıbdır.

12 nəfər millət vəkili prezidentin vaxtında İdman və Gənclər nazirini təqdim etməməsini, onun ali dini rəhbərin İnformasiya və Təhlükəsizlik naziri Heydər Moslehi ilə bağlı dövlət sərəncamına etinasızlığı və digər məsələlərlə bağlı şikayət edibdir. Bunlardan əlavə prezidentin 40-50 məsələdə qanunu pozması millət vəkillərinə bildirlibdir. Bu məsələlər də 90-ci maddə komissiyasında araşdırılıbdır.

Parlamentin daxili qanunlarına görə millət vəkillərinin şikayətləri parlamentdə təsdiq edilsə, məsələ məhkəməyə göndəriləcəkdir. Məhkəmə isə məsələyə növbədənkənar və bütün bürokratik əngəllərdən üzaq baxmalıdır. 3 dəfə prezidentdən şikayət olunsa, artıq prezidentin parlamentdə sorğusu və onun ardınca millət vəkillərinin ona yenidən etimad səsi verməsi lazım olacaqdır.

Son proseslər prezidentlə parlament arasında ixtilafların ən yüksək səviyəyə çatmasını göstərir. Bu məqamda ali dini rəhbərin müdaxiləsi olmasa prezident məhkəməyə və sonra isə parlamentdə sorğuya çağrıla bilər. Araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar