SON XƏBƏRLƏR

Tehran S-300 komplekslərinə ödədiyi avansı geri alıb

2021.10.20, 07:36
Tehran S-300 komplekslərinə ödədiyi avansı geri alıb

Gunaz.tv

GünAz TV: İranın müdafiə naziri Əhməd Vahidi bildirib ki, Moskva S-300 havadan müdafiə sistemləri üçün aldığı avansı geri qaytarıb.

Rusiya raket sistemlərinin satışı barədə sazişə imza atsa da, daha sonra beynəlxalq təzyiq nəticəsində bu niyyətindən vaz keçib.

 

GünAz TV mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Rusiyanın Rosoboroneksport şirkətinin başçısı Anatoliy İsaykin İrana 167 milyon dolların qaytarıldığını bildirib.

 

Bu arada Əhməd Vahidi satış haqda sazişin pozulmasına görə Beynəlxalq Arbitraja (hüquq, qəzavət) müraciət edərək kompensasiyanın (xəsarətin cübranı) tələb edildiyini deyib.

 

S-300 sisteminin İrana veriləcəyi haqda saziş 2007-ci ilin sonunda imzalanıb.

 

Bundan 3 il keçmiş Rusiya prezidenti BMT (Birləşmiş Millətlər Təşkilatı) sanksiyalarını (təhrimlərin) əsas götürərək İrana silah satışı ilə bağlı sövdələşməni dayandırıb.

 

Hərçənd ki, sentyabr ayının ortalarında Rusiyanın yüksək rütbəli rəsmilərindən biri sazişlərin yerinə yetirilməsilə bağlı imkanların nəzərdən keçirildiyini demişdir.

 

Qadağa

 

İrana silah satışını qadağan edən fərman prezident Dmitri Medvedev tərəfindən 2010-cu ilin sentyabr (September) ayında imzalanıb.

 

Sənədə əsasən qadağa yalnız raket deyil, “təyyarə, helikopter, tank, zirehli maşın, iri çaplı artilleriya (topxana) sistemləri və hərbi gəmiləri” və bu texnikaya ehtiyat hissələrini əhatə edir.

 

Bununla yanaşı Medvedevin göstərişi ilə nüvə proqramında iştirak edən İran nümayəndələrinə Rusiyaya giriş yasaqlanıb.

 

Qadağa altına S-300 komplekslərinin düşməsi Rusiyada birmənalı qarşılanmamışdır.

 

Mübahisəli qərar

 

Qərarın tənqidçilərinə əsasən Moskva mənfəətli sazişi əldən verməmək naminə siyasi iradə göstərə bilməmişdir.

 

Bir çox hərbi təhlilçiyə əsasən sazişin pozulması beynəlxalq silah bazarlarında (qayqahlarında) Rusiyanın reputasiyasına (şöhrətinə) xələl gətirmiş olub.

 

“Bilavasitə maliyyə zərərindən əlavə bu eyni zamanda Rusiyanın reputasiyasına da zərər vurur. Rusiya beynəlxalq təzyiqə baş əyərək öhdəliklərindən imtina etdiyini göstərdi. Bu müstəqil müdafiə siyasətinə malik olan ölkələr üçün siqnal olub

 

”, - deyib BBC-yə müsahibəsində Analiz və Texnologiya Mərkəzinin başçısı Ruslan Puxov.

 

Tehran sazişin pozulması ilə bağlı avqust (August) ayının sonunda məhkəmə iddiası ilə çıxış edib.

 

Moskva qərarının yekun olduğunu bildirir.

 

Rusiya Baş Qərargahının rəisi Nikolay Makarov S-300 komplekslərinin BMT sanksiyaları ilə qadağan olunduğunu təsdiqləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar