SON XƏBƏRLƏR

9 nəfər azərbaycanlı fəal Ərdəbil zindanından azadlığa buraxılıb

2021.10.20, 07:36
9 nəfər azərbaycanlı fəal Ərdəbil zindanından azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Sentyabrın 9-ü və 11-i günlərində (şəhrivərin 18 və 20-i) tutuqlanan azərbaycanlı fəallardan 9 nəfəri Ərdəbil zindanından azadlığa buraxılıb.

 

Jurnalist Rəhim Qulami, Qoşaçaylı Əli Babayi, Meşkinşəhrli (Xiyav) Nəsrullah Vəlizadə, Xaliq Əkbərzadə, İskəndər Tağıpur, Murtaza Pərvin, Hamid Vasiqi, Əli Vasiqi və Bəhram bəy sərbəst buraxılıblar.

 

Onlar təxminən 10000 dollarlıq (10 milyon tümənlik) mülki vəsiqə qarşılığında azadlığa buraxılıblar.

 

Qeyd edək ki, adını çəkdiyimiz milli-mədəni fəallar tutulduqdan sonra təxminən 5 gün ETTELAAT (İran Kışfiyyat Nazirliyi) idarəsinin təknəfərlik kamerasında (sellul) saxlanıldıqdan sonra Ərdəbil şəhərinin mərkəzi zindanının inzibati bəndinə (bölümünə) intiqal edilmişdilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar