SON XƏBƏRLƏR

İran hərbi gəmilərini Amerika sahillərinə göndərəcəyini deyir

2021.10.20, 07:36
İran hərbi gəmilərini Amerika sahillərinə göndərəcəyini deyir

Gunaz.tv

GünAz TV: İran öz hərbi gəmilərini ABŞ (Amerika Birləşmiş Ştatları) sahillərinə yerləşdirmək niyyətindədir.

Bu barədə İranın hərbi dəniz qüvvələrinin rəhbəri Həbibulla Səyyari məlumat verib. İran-İraq müharibəsinin başlanmasının 31 illiyinə həsr olunan tədbirdə çıxış edən Səyyari bildirib ki, bu, ABŞ-a cavab tədbiridir. "İranın su sərhədlərində ABŞ hərbi qüvvələrinin mövcudluğu bizə ABŞ-la sərhəddə öz hərbi gəmilərimizi yerləşdirməyə hüquq verir."

 Qeyd edək ki, Fars körfəzindəki ABŞ hərbi gəmiləri daim İranın su sərhəddində keşik çəkir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar