SON XƏBƏRLƏR

Fransa: “İranı hərbi zərbə gözləyir”

2021.10.20, 07:36
Fransa: “İranı hərbi zərbə gözləyir”

Gunaz.tv

GünAz TV: «Nüvə silahı yaratmaq cəhdlərinə son qoymazsa, İranı hərbi zərbə gözləyir».

Fransanın BMT-dəki (Birləşmiş Millətlər Təşkilatındakı) daimi nümayəndəsi Jerar Aro (Gerard Araud) BMT-də çıxışında belə deyib.

O bildirib ki, yaxın zamanda beynəlxalq birlik İranla danışıqları yoluna qoya bilməzsə, hərbi əməliyyatın mümkünlüyü müzakirə olunacaq.

Qərb ölkələri dəfələrlə Tehranı nüvə silahı yaratmaq cəhdində ittiham ediblər. BMT-nin Təhlükəsizlik Şurası bu ölkəyə 4 dəfə sanksiya (təhrim) tətbiq edib.

Tehran isə israr edir ki, onun nüvə proqramı sülh xarakterlidir (mahiyyətlidir). Azadlıq radiosu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar