SON XƏBƏRLƏR

Azərbaycanlı fəalın dəfn mərasiminə gələn avtobus (otobus) saxlanılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəalın dəfn mərasiminə gələn avtobus (otobus) saxlanılıb

Gunaz.tv

GünAz TV: Mərhum İbrahim Cəfərzadənin həyat yoldaşı və uşağı ilə birlikdə avtomobil (otomobil) qəzası nəticəsində həyatını dəyişməsi bir şox hadisələrlə yadda qaldı.

 

Hər bir yığıncağı fürsət kimi dəyərləndirən təhlükəsizlik qüvvələri bu dəfədə adı çəkilən azərbaycanlı ailənin dəfn mərasimini öz məqsədinə çatmaq üçün vasitə edib və dəfn mərasimində bulunan bir çox azərbaycanlı fəalı gözaltına alıb, onlardan 100-dən çoxunu yaxalayıb.

 

Məlumata görə, dünən keçirilən dəfn mərasiminə gələn bir avtobus (otobus) sərnişinləri ilə birlikdə saxlanılıb və naməlum istiqamətə (cəhətə) aparılıb.

 

Avtobus Zəncan-Xoy marşrutunda (məsirində) saxlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar