SON XƏBƏRLƏR

İsrail prezidenti Türkiyədən üzr istəməyə hazır olduğunu bildirib

2021.10.20, 07:36
İsrail prezidenti Türkiyədən üzr istəməyə hazır olduğunu bildirib

Gunaz.tv

GünAz TV: İsrail prezidenti Şimon Peres İsrail hökumətinin əvəzinə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğandan üzr istəməyə hazır olduğunu bildirib.

Merkez.az-ın “Kursor” xəbər portalına istinadən verdiyi məlumata görə, bu barədə İsrail mətbuatı məlumat yayıb. Hazırda ABŞ (Amerika Birləşmiş Ştatları) tərəfindən irəli sürülən təklif barədə danışıqlar aparılır.

 İsraildə yüksək vəzifəli şəxslər hesab edir ki, bu təşəbbüs indiyə qədər müzakirə edilir və bu, iki ölkə arasında münasibətlərdə kəskin böhrana son qoya bilər. Yüksək dairələrdə Peres və Ərdoğan arasında görüş imkanı və “qarşılıqlı üzr və barışıq” haqqında söhbət gedir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar