SON XƏBƏRLƏR

Vladimir Putinin hakimiyyətə gəlməsi Ermənistan üçün müsbət hadisədir

2021.10.20, 07:36
Vladimir Putinin hakimiyyətə gəlməsi Ermənistan üçün müsbət hadisədir

Gunaz.tv

GünAz TV: “Vladimir Putinin hakimiyyətə gəlməsi ilə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı siyasəti daha praqmatik və reallığa daha yaxın olacaq.”

Bunu News.am-a açıqlamasında Rusiya Dövlət Dumasının deputatı (millət vəkili), MDB (Müstəqil Dövlətlər Birliyi) ölkələri İnstitutunun direktoru Konstantin Zatulin deyib. Onun sözlərinə görə, hazırkı prezident Dmitri Medvedevin ətrafında Azərbaycana meyl edənlərin sayı az deyil. “Əgər Medvedevin ətrafındakı nümayəndələrin Ermənistan və Azərbaycana səfərlərinin statistikasını (amarını) müqayisə etsək, Bakı bu məsələdə qabaqdadır”, - deyən Konstantin Zatulinin fikrincə, Vladimir Putinin hakimiyyətə gəlişi ilə əvvəlki status-kvo (vəziyyət) bərpa olunacaq. Rusiyalı deputatın fikrincə, Dmitri Medvedev üç prezident formatında görüşləri təşkil etməklə Dağlıq Qarabağ münaqişəsinin həllini səmimi şəkildə istəyib. “Amma onun məsləhətçiləri vəziyyəti o qədər də düzgün qiymətləndirməyiblər. Onlara elə gəlirdi ki, tərəflər yaxınlaşacaqlar. Lakin bu baş vermədi”. Konstantin Zatulin hesab edir ki, Putinin hakimiyyətə gəlişi Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə səbəb olmasa da, müsbət notlar daşıyacaq. “Ümumilikdə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı siyasətində xüsusi dəyişiklik olmayacaq. Belə ki, Putin əvvəl də xarici siyasət vektorunun bütün istiqamətlər, o cümlədən, Dağlıq Qarabağ üzrə formalaşdırılmasında iştirak edirdi. Lakin o prezident seçilsə, formal prezident statusunu (vəziyyət) özünə qaytaracaq. Bunu Ermənistan üçün müsbət hal hesab etmək olar”.

Qeyd edək ki, Konstantin Zatulin Azərbaycanın ərazi bütövlüyünə qarşı etdiyi hörmətsizliyə, işğal olunmuş ərazilərimizə qanunsuz səfərlər etdiyinə görə Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib. Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri”ndə müşahidəçi qismində iştirak edən əcnəbi vətəndaşların siyahısı tərtib olunub və onlara Azərbaycan ərazisinə daxil olmağa qadağa qoyulub. Siyahıda Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin də var. O, ötən ilin sentyabrında (September) Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən “Şərəf” ordeni ilə təltif edilib. SİA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar