SON XƏBƏRLƏR

Suriya hökuməti müxalifətə qarşı hərbi əməliyyatları davam etdirir

2021.10.20, 07:36
Suriya hökuməti müxalifətə qarşı hərbi əməliyyatları davam etdirir

Gunaz.tv

GünAz TV: Başda Türkiyə olmaqla beynəlxalq birliyin çağırışlarına məhəl qoymayan Bəşər Əsad rejimi müxalifətə qarşı əməliyyatları davam etdirir.

Suriya ordusu tanklarla girdiyi son əməliyyatda Rastan, Hama, Humus və Lazkiyə şəhərlərində müxalifəti hədəfə alıb.

Əsgər qaçaqlarını yaxalamaq üçün Türkiyə sərhədi yaxınlığındakı Rastan qəsəbəsində keçirilən əməliyyatda onlarla insanın öldüyü açıqlanıb. 40 min əhalisi olan qəsəbənin iki gündür mühasirədə saxlandığı, əməliyyatda hərbi vertolyotların (helikopterlərin) da iştirak etdiyi bildirilib.

Suriyanın xarici işlər naziri Vəlid müəllim isə ölkəsindəki şiddətin günahkarının Qərb olduğunu iddia edib.

Müəllim BMT Baş Assambleyasının (Birləşmiş Millətlər Təşkilatının Gənəl Qurumu) 66-cı sessiyasındakı (iclas, konfrans) çıxışında bildirib ki, Suriyada yaşanan toqquşmaların və Əsadın demokratik islahat planlarının (tərhlərinin) təxirə salınmasının məsuliyyəti xarici qüvvələrin üzərindədir. Nazir islahatların digər prioritetlərin (öncəliklərin)  arxasında qaldığını, hazırda ən önəmli prioritetin xarici təzyiqlərin qarşısını almaq olduğunu söyləyib. TRT

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar