SON XƏBƏRLƏR

PKK-dan daha bir cinayət: "Terrorçular hamilə qadını və azyaşlı qızını öldürdülər"

2021.10.20, 07:36
PKK-dan daha bir cinayət: "Terrorçular hamilə qadını və azyaşlı qızını öldürdülər"

Gunaz.tv

GünAz TV: Sentyabrın (September) 26-da axşam saatlarında PKK terror təşkilatı Türkiyədə növbəti dəfə terror aktı törədib.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, terrorçular Batmanda polis-patrul maşınına (gəşt maşınına) atəş açıblar. Həmin vaxt oradan keçən başqa bir avtomobildə ailə atəşə tuş gəlib. Nəticədə avtomobildə olan 8 aylı hamilə qadın və onun 6 yaşlı qızı həlak olub. Qadının əri, 3 yaşlı qızı və bir polis yaralanıb. Atəş açdıqdan sonra qaçan terrorçuların istifadə etdikləri avtomobil Batmanda futbol meydançası yaxınlığında tapılıb. Terrorçuların ələ keçirilməsi ilə bağlı əməliyyat başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar