SON XƏBƏRLƏR

Güney Azərbaycan Milli Təşkilatlarının Urmu Gölü ilə bağlı birgə BƏYANATI

2021.10.20, 07:36
Güney Azərbaycan Milli Təşkilatlarının Urmu Gölü ilə bağlı birgə BƏYANATI

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda Urmu gölünün məqsədyönlü qurudulması siyasəti, milyonlarla Azərbaycan Türkünün öz tarixi torpaqlarından didərgin salınması, millətimizin bütün varlığının fars şovinistləri tərəfindən hədəfə alınmasını aydın şəkildə ortaya qoyur.

Mütəxəsislərin rəyinə ğörə bu gün Urmu gölünün bu vəziyyətə düşməsinə  səbəb Urmu gölünə axan çaylar üzərində tikilən çox saylı su bəndləridir. Onların gəldiyi nəticəyə görə, Urmu gölünün 27000 illik çöküntülərinin araşdırılması sübut edir ki, Urmu gölü bu uzun dövr ərzində heç bir quruma təhlükəsi ilə üzləşməyib. Son illərdə onun qurumasının yeganə səbəbi fars hakimiyyətinin apardığı məqsədli siyasətdən qaynaqlanır. Fars mərkəzli siyasi hakimiyyət Urmu gölünü qurutmaqla Azərbaycan Türklərini öz ana torpaqlarından didərgin salmaq, onun  milli və mədəni sərvətlərini öz xeyrinə istifadə etmək istəyir.

Fars şovinizminin əsas siyasəti Azərbaycanın tamamilə məhv edilməsinə yönəlsə də, heç şübhəsiz Azərbaycan Türkü bu irqçi və məhvetmə siyasətinə susmayacaq.

Bugünki şəraitdə  öz haqlarımızı əldə etmək istiqamətində milli iradəmizi bir bütün olaraq ortaya qoyub, beynəlxalq hüququn verdiyi imkanlardan yararlanaraq dinc etirazlar keçirmək və haqlıetirazlarımızı daha mütəşəkkil formada aparmalıyiq.

Bu səbəbdən çıxış edərək biz Güney Azərbaycan milli təşkilatları olaraq Urmu gölünə axan çayların qarşısında tikilən su bəndlərinin açılması, həbsdə olan bütün  milli-mədəni fəalların qeydsiz-şərtsiz və təcili azad edilməsi və Ana dilinin rəsmi olması məqsədi ilə Azərbaycan milli hərəkatı fəallarının 9 Mehrə (1 oktyabr) etiraz çağırışlarını tam dəstəkləyirik və bütün millətimizi bu etirazlara qatılmağa çağırırıq.

 

Bəyanatı imzaladılar:

 

Azərbaycan Milli Azadlıq Təşkilatı (AMAT)

 

Azərbaycan Milli Dirəniş Təşkilatı (AMDT)

 

Dünya Azərbaycanlıları Konqresi (DAK)

 

GünAz TV

 

Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)

 

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC)

 

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)

 

Görüşümüz :  Saat 17.00  Şəhərlərin əsli xiyabanları                                

                                                                        25.09.2011

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar