SON XƏBƏRLƏR

Xanım Fəranək Fəridin azadlığı uğrunda fəaliyyət göstərəcək Veblaq yaradılıb

2021.10.20, 07:36
Xanım Fəranək Fəridin azadlığı uğrunda fəaliyyət göstərəcək Veblaq yaradılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı şair, mütərcim və Qadın haqları fəalı xanım Fəranək Fəridin azadlığı uğrunda fəaliyyət göstərəcək Veblaq işə başlayıb.

Veblaqda xanım Fəranək Fərid barədə yazı və xəbərlər yayılacaq.

 

Adını çəkdiyimiz ziyalı xanım Sentyabrın 3-ü (şəhrivərin 12-i) Urmu Gölü ilə bağlı Təbriz şəhərində keçirilən aksiyada (yürüşdə) tutuqlanıb. Hələlik ona qarşı irəli sürülən ittihamlar barədə heç bir məlumat yoxdur.

 

 Xanım Fəranək Fərid qapadılmış aylıq dərgisi “Dilmac”ın baş redaktoru (sərdəbir) olub.  Onun kitab əsərlərindən “Yuxuda ayılmaq” və “Şeir toplusu”na işarə etmək olar.

www.freeferanek.blogfa.com

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar