SON XƏBƏRLƏR

Azadlığa çıxmış Amerika vətəndaşları İranda saxlanıldıqları həbsxanadan danışıblar

2021.10.20, 07:36
Azadlığa çıxmış Amerika vətəndaşları İranda saxlanıldıqları həbsxanadan danışıblar

Gunaz.tv

GünAz TV: İran hökumətinin həbsdən buraxdığı ABŞ (Amerika Birləşmiş Ştatları) vətəndaşları Coş Fattal və Şeyn Bauer sentyabrın (September) 25-i Nyu-Yorkda mətbuat konfransı keçiriblər.

İran hökumətinin onları girov götürdüyünü vurğulayan Coş Fattal və Şeyn Bauer tamamilə günahsız olaraq həbsdə saxlandıqlarını bildiriblər: “Biz İran hökumətini heç vaxt bağışlaya bilmərik. Saxlandığımız kamerada tez-tez işgəncələr altında fəryad qoparan məhbusların səsini eşidir, üzülürdük. Lakin bizim onlara yardım etməyə imkanımız yox idi.

Biz öz günahsız vətəndaşlarını sadəcə olaraq dinc bir aksiyaya (yürüş) qatıldığına və ya yazılı bir vərəqə yaydığına görə, yaxud da öz şəxsi bloqunda  azadlıq və demokratiya tələb etdiyinə və ya öz dini əqidəsini bəyan etdiyinə görə tutub həbsə salan, onlara təzyiq və işgəncələr verən qəddar və rəhimsiz bir hökuməti necə bağışlaya bilərik? Təəssüflər olsun ki, İranda jurnalistlər zindanlarda dəmir barmaqlıqlar arxasında saxlanır, edam edilirlər. İran hökuməti beynəlxalq arenada (ərsədə) öz siyasi imic (vəchə) və simasını dəyişmək istəyirsə, birinci növbədə bütün siyasi məhbusları azadlığa buraxmalıdır. Çünki onlar da bizim kimi azadlığa layiqdirlər”.

Coş Fattal və Şeyn Bauer 2009-cu il iyulun (July) 31-də digər ABŞ vətəndaşı Sara Şordla birgə İraqdan İrana keçərkən tutulmuşdular. Sara Şord 2010-cu il sentyabrın 14-də 500 min dollarlıq girov qarşılığında azadlığa buraxılıb, 2011-ci ilin yayında Tehran məhkəməsi Coş Fattal və Şeyn Baueri casusluqda günahlandıraraq onların hər birini 8 illik həbsə məhkum edib. Onlar sentyabrın 21-də 1 milyon dollar təzminat qarşılığında azadlığa buraxılıb. Media forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar