SON XƏBƏRLƏR

Güney Azərbaycanda Urmu Gölü və Ana dili ilə bağlı Bildirilər yayılıb

2021.10.20, 07:36
Güney Azərbaycanda Urmu Gölü və Ana dili ilə bağlı Bildirilər yayılıb

Gunaz.tv

GünAz TV: Təhsil Ocaqlarının açıldığı günlərində Ana dili və Urmu Gölünün İran rejimi tərəfindən qurudulması məsələsi Güney Azərbaycanın gündəmindədir.

 

Qaradağ məntəqəsi və Əhər şəhərində geniş miqyasda Bildirilər yayılıb. Bildirilərdə Urmu Gölünün əhəmiyyəti, onun qurudulmasının böyük faziə olduğu və İran rejiminin qərəzli siyasəti şiddətlə məhkum edilib. Azərbaycan türkcəsinin dövlət tərəfindən qadağan edilməsi məsələsinədə toxunulub və Ana dilimizin keşiyində durmağımızın vacib olduğu vurğulanıb.

 

Həmçinin Təbrizin müxtəlif bölgələrində "hakimiyyətə 10 günlük möhlət" bəyanatına dəstək Bildiriləri yayılıb. Bildirilərdə bu bəyanatda qeyd olunanların icrası, vacib hisab edilib.

 

Qeyd edək ki, Bir neçə gün öncə Azərbaycan Milli Hərəkat fəalları tərəfindən  “hakimiyyətə 10 günlük möhlət” bəyanatı yayılmışdı. Bəyanatda qeyd olunmuşdu ki, Hakimiyyət 10 günə qədər müəyyən etdiyimiz 3 istəyi yerinə gətirməzsə, daha fərqli etirazlarla qarşı-qarşıya qalacaq.

 

3 bəndlik istəklər bunlardan ibarət idi:

1)   Səddlər açılsın və lazımı su Urmu Gölünə çatdırılsın.

2)   Urmu Gölünün nicatı üçün əməli və icra olunası tədbir alınsın və bunun üçün lazımı büdcə ayrılsın.

3)   Azərbaycanın müxtəlif şəhərlərində Urmu Gölü ilə bağlı tutuqlanan azərbaycanlılar azad edilsin.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar