SON XƏBƏRLƏR

Zəncanda Urmu Gölü Etirazları ilə əlaqədar tutulanlar azad edilib

2021.10.20, 07:36
Zəncanda Urmu Gölü Etirazları ilə əlaqədar tutulanlar azad edilib

Gunaz.tv

GünAz TV: Təbriz universitetinin öyrəncisi Mehrdad Kərəmi, Azərbaycan pedaqoji universitetinin (tərbiyyət-i müəllim) öyrəncisi Camal Rzayi və Əbhərin azad universitetinin öyrəncisi Xəlil Qulami azadlığa buraxılıblar.

 

Onlar, sentyabrın 24-də (mehrin 2-də) Zəncanın ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasından azad ediliblər.

 

Qeyd edək ki, Zəncanda Urmu Gölü ilə bağlı Kütləvi Etiraz Yürüşünün keçiriləcəyi xəbərindən sonra, bu şəhərdə bir çox milli-mədəni fəal tutuqlanmışdı.

 

Adını çəkdiyimiz azərbaycanlı öyrənci fəallar Sentyabrın 20-i (şəhrivərin 29-u) Səid bəy Mətinpurun doğum günü mərasimindən sonra tutuqlanıb, naməlum istiqamətə aparılmışdılar.

 

keçmiş xəbərimizdə çatdırdığımız kimi keçən günlərdə Mehdad Kərəmi, Camal Rzayi və Xəlil Qulaminin evlərində, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən axtarış aparılıb. Məmurlar azərbaycanlı fəallara aid kitab, əlyazmalar, kompüter və başqa şəxsi əşyaları özləri ilə aparıblar. Ev axtarışı adını çəkdiyimiz azərbaycanlı fəalların tutuqlandıqdan sonra baş verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar