SON XƏBƏRLƏR

Tanınmış azərbaycanlı fəal Səid Muğanlı vəsiqə qarşılığında azadlığa buraxılıb

2021.10.20, 07:36
Tanınmış azərbaycanlı fəal Səid Muğanlı vəsiqə qarşılığında azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı milli-mədəni fəal, şair və jurnalist Səid Muğanlı (Məhəmmədi) dünən sentyabrın 25-də (mehrin 3-də) sərbəst buraxılıb.

 

Bu ilin iyun ayının 8-i (1390-ci il xordadın 18-i) Ərdəbil əyalətinin (ostanının) Üngüt şəhərinin Yelsu kəndində tutuqlanan Səid Muğanlı təxminən 50000 dollarlıq (50 milyon tümənlik) mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

 

Məlumata görə, Səid bəy bu müddətdə Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanası və Mərkəzi zindanında ağır işgəncələrə məruz qalıb. Onunla görüşənlər bildiriblər ki, işgəncələrin əsəri onun üz nahiyyəsi və dişlərində hələdə gürünməkdədir.

 

Qeyd edək ki, cənab Muğanlı bir çox dərginin baş redaktoru (sərdəbir) olub və bir neçə dərginin dəyərli yazıçılarından sayılır. O keçmişdədə dəfələrlə tutuqlanıb və müxtəlif təzyiqlərə məruz qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar