SON XƏBƏRLƏR

Türkiyə Suriyanın silah-sursatla dolu gəmisini saxlayıb

2021.10.20, 07:36
Türkiyə Suriyanın silah-sursatla dolu gəmisini saxlayıb

Gunaz.tv

GünAz TV: Türkiyə, Suriya bayrağı altında üzən və göyərtəsində silah aparan gəmini həbs edib. Hələ gəminin harada və nə vaxt saxlandığı bəlli deyil.

Gün.Az-ın Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib.

 

 R.T.Ərdoğan gəminin məhz harada və nə vaxt saxlandığını dəqiqləşdirməyib, lakin Türkiyə ərazisindən keçən və Suriyaya silah aparan bütün gəmilərin bundan sonra da saxlanılacağını bəyan edib.

 

 Türkiyə hakimiyyət orqanlarının bu addımı ilə bağlı Suriya rəhbərliyinin reaksiyası (əksüləməl) haqqında heç bir məlumat verilmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar