SON XƏBƏRLƏR

Kanadada Azərbaycan dili məktəbi açılıb

2021.10.20, 07:36
Kanadada Azərbaycan dili məktəbi açılıb

Gunaz.tv

GünAz TV: Sentyabrın (September) 10-da Kanadanın Ottava şəhərində ilk dəfə olaraq “Qarabağ” (Karabakh) adlı Azərbaycan dili məktəbi fəaliyyətə başlayıb.

Lent.az-ın məlumatına görə, məktəb Ottavada yaşayan həmvətənlərimiz Nigar Əliyeva və Vüsalə Əhmədovanın təşəbbüsü ilə təsis edilib. Məktəbdə Azərbaycan dilinin tədrisi Vüsalə Əhmədova tərəfindən həyata keçirilir.

Hər həftənin şənbə günü fəaliyyət göstərən Azərbaycan dili məktəbinin əsas məqsədi 4-14 yaş arası uşaqlara dilimizin öyrədilməsi ilə yanaşı, həmçinin, xalqımızın adət-ənənələri, tarixi, ədəbiyyatı və dövlətimizin atributları (nişanları) haqqında gənc nəslə ətraflı məlumatın verilməsindən ibarətdir.

“Qarabağ” adlı Azərbaycan dili məktəbinin elektron poçt ünvanı aşağıdakı kimidir: [email protected]/* */

Həmçinin, “facebook” sosial şəbəkəsində açılmış “Karabakh Azeri Saturday language school” adlı səhifədə Azərbaycan dili məktəbi haqqında ətraflı məlumat da öz əksini tapıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar