SON XƏBƏRLƏR

BMT (Birləşmiş Millətlər Təşkilatının) rəsmilərindən İrana tələb...

2021.10.20, 07:36
BMT (Birləşmiş Millətlər Təşkilatının) rəsmilərindən İrana tələb...

Gunaz.tv

GünAz TV: BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid və qurumun insan haqları üzrə ali komissarlığının üç rəsmisi sentyabrın (September) 22-də birgə bəyanat yayaraq İranda edamların dayandırılmasını tələb edib.

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, bəyanatı Əhməd Şəhid, BMT-nin özbaşına edamlar üzrə nümayəndəsi Kristof Heyns, işgəncə, təhqiramiz və qeyri-insani rəftar üzrə nümayəndəsi Xuan Mendez və hakimlərlə vəkillərin müstəqilliyi üzrə xüsusi nümayəndəsi Qabriela Knaul imzalayıb. Bəyanatda deyilir ki, İran hakimiyyəti edamlara son qoymalı, o sıradan da azyaşlı məhkumların edamını dayandırmalıdır: “Beynəlxalq ictimaiyyətin edamların dayandırılması tələbi ilə İran hakimiyyətinə ardıcıl müraciətinə baxmayaraq bu ölkədə ölüm hökmlərinin icra olunması bizi qəzəbləndirib. Biz bu prosesin (sürəcin) dərhal dayandırılmasını istəyirik.

18 yaşına çatmamış yeniyetmə müttəhimlərə çıxarılan hər bir ölüm hökmü İranın beynəlxalq qurumlarda üzərinə götürdüyü öhdəliklərə ziddir. Çünki beynəlxalq qanunlara görə, 18 yaşına çatmamış şəxsləri edam etməyə qadağa qoyulub”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar