SON XƏBƏRLƏR

“Traxtur”un növbəti müsabiqəsində 10 dəqiqəlik etiraz sükutu olacaq

2021.10.20, 07:36
“Traxtur”un növbəti müsabiqəsində 10 dəqiqəlik etiraz sükutu olacaq

Gunaz.tv

GünAz TV: “Traxtur” futbol taxımı (timi) tərəfdarları sentyabrın 30-u (mehrin 8-i) Təbrizin səhənd stadionunda (stadiom) keçiriləcək müsabiqədə, etiraz əlaməti olaraq 10 dəqiqəlik sükut edəcəkələr.

 

Kiramanın “Mis” taxımı ilə keçiriləcək müsabiqə zamanı, tamaçılar oyun başlarkən ayaq üstə 10 dəqiqəlik sükut edəcəklər. Sükut zamanı “Traxtur”un simvol əlaməti nümayiş etdiriləcək.

 

Bu barədə bir qrup “Traxtur” tərəfdarı bildiri yayıb. Bildiridə deyilir ki, bu etiraz yaralanmış “Trxatur” tərəfdarlarının tökülən qanının hörmətinə həyata keçirilir. Bu qanlar stadionlarda türklərə qarşi edilən təhqirlər və futbol federasiyasinin “Traxtur”a qarşı qərəzli siyasəti ilə yadda qalmaqdadır.

 

“Traxtur” tərəfdarları bildiriblər ki, “Traxtur”a qarşı ədalətsizlik davam edərsə, daha şiddətli reaksiya (əksüləməl) göstərəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar