SON XƏBƏRLƏR

Abbas bəy Lisani Aclıq Aksiyasını (etisab-i ğəza) davam etdirir

2021.10.20, 07:36
Abbas bəy Lisani Aclıq Aksiyasını (etisab-i ğəza) davam etdirir

Gunaz.tv

GünAz TV: Tanınmış Milli Hərəkat fəalı Abbas bəy Lisani artıq 16 gündür aclıq aksiyasındadır (etisab-i ğəza). Bu o halda baş verir ki, onun vəziyyəti barədə heç bir xəbər yoxdur.

 

Ərdəbilin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları təkrar olaraq cənab Lisaninin evinə hücum edib, evdə axtarış apardıqdan sona ona aid kitab, əlyazma, şəkil albomu, kompüter, Azərbaycanın tarixi və milli şəxsiyyətlərinə aid bütün büst (tendis, heykəl) və s. özləri ilə aparıblar.

 

Son məlumata görə, dünən xanım Rüqəyyə Lisani həyat yoldaşı Abbas bəyin haqqında məlumat almaq üçün ETTELAAT idarəsinə müraciət edib. ETTELAAT tərəfindən heç bir məlumat verilmədiyi üçün o Ərdəbilin İnqilab Məhkəməsinə müraciət edib. Ancaq Məhkəmədə də müsbət nəticə əldə edilməyib. Məhkəmə məsulları ona bildiriblər ki, Abbas bəy aclıq aksiyasına son qoymayana qədər onun barəsində heç bir suala cavab verilməyəcək.

 

Xatırladaq ki, cənab Lisani sentyabrın 9-da (şəhrivərin 18-də) Urmu Gölü etirazları gündəmdə olan zaman ETTELAAT məmurları tərəfindən öz iş yerində yaxalanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar