SON XƏBƏRLƏR

Qəddafi son 3 qalasından birinidə itirdi

2021.10.20, 07:36
Qəddafi son 3 qalasından birinidə itirdi

Gunaz.tv

GünAz TV: Liviyada (Libidə) Keçid Şurası Qəddafinin son üç qalasından biri olan Sabhanı ələ keçirib.

Son günlərdə şiddətli atışmaların davam etdiyi Sirtə və Ben Vəlid şəhərlərinin mühasirəsi isə mülki şəxslərin çıxa bilməsi üçün genişlədilib. Bu isə  son hücum üçün hazırlıq kimi dəyərləndirilir.

Bu arada NATO Liviyadakı əməliyyatların müddətini üç ay uzadıb. İttifaq bu müddət içərisində Liviyadakı müharibənin başa çatacağına əmin olduğunu bəyan edib.

Liviya hökuməti isə bir tərəfdən Qəddafinin son qalalarını da almaq üçün mübarizə apararkən, digər tərəfdən də yeni dövrün infrastrukturunu (zirsaxt, altyapı) formalaşdırmağa çalışır. Bunun üçün maliyyə mənbələrinə ehtiyac duyulur. Keçid Şurası bu məqsədlə Qəddafinin Liviya Mərkəzi Bankındakı 23 milyard dollar pulunu müsadirə edib.

 

 Gələn həftə yeni hökumətin qurulacağını açıqlayan Şuranın ikinci adamı Mahmud Cibril beynəlxalq birlikdən Qəddafinin dondurulan 170 milyard dollarlıq əmlakının sərbəst buraxılmasını istəyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar