SON XƏBƏRLƏR

Yəməndə qırğın davam edir: 18 ölü

2021.10.20, 07:36
Yəməndə qırğın davam edir: 18 ölü

Gunaz.tv

GünAz TV: Yəmən paytaxtı Sənada hökumət qüvvələrilə müxalifət tərəfdarları arasında qanlı toqquşmalar davam edir.

 

Milli.Az "Reuters"ə istinadən xəbər verir ki, ölkədəki qarşıdurma zamanı ağır yaralanmış və 3 aya yaxındır Səudiyyə Ərəbistanında müalicə alan Yəmən prezidenti Əli Abdulla Saleh vətənə dönüb.

 

Xatırladaq ki, o, iyunun (June) 3-də ağır yaralanmışdı. Sonradan o, növbədənkənar seçki elan etməyə və səlahiyyətlərindən imtinaya hazır olduğunu bəyan etsə də, hələ də vədini yerinə yetirməyib.

 

"Sinhua" agentliyinin məlumatına görə, ötən gün baş verən toqquşmalar daha 18 nəfərin həyatına son qoyub. Onlarla yaralı var. Ölənlər arasında toqquşmada iştirak etməyən dinc sakinlər də var.

 

Qeyd edək ki, Yəməndə bir ara səngimiş toqquşmalar sentyabırn (September) 18-dən yenidən qızışıb. O gündən indiyədək 100-dən artıq insan həlak olub, mindən çox yaralanan var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar