SON XƏBƏRLƏR

Pan Gi Mun dünyaya səsləndi

2021.10.20, 07:36
Pan Gi Mun dünyaya səsləndi

Gunaz.tv

GünAz TV: NYU-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının (məcmə-i ümumi, gənəl qurum) 66-cı sessiyası (cələsə, konfrans) öz işinə başlayıb.

Sessiyanın ilk günündə xüsusi nitqlə çıxış edən baş katib Pan Gi Mun dünyanın böhranda olduğunu bildirərək, dünya liderlərini dünyanı bu böhrandan xilas etməyə, münaqişələrin qarşısını almağa və Yaxın Şərq (ortadoğu) və Afrika ölkələrinə dəstək olmağa çağırıb.

BMT (Birləşmiş Millətlər Təşkilatı) başçısı nitqində, eyni zamanda, Suriya məsələsinə də yer verərək, ölkə prezidenti Bəşər Əsədin ona verdiyi, dinc nümayişçilərə qarşı atəşə son qoyulması haqqında vədə əməl etmədiyini bildirib. Pan Gi Mun Suriyanın "xüsusi məsələ" olduğunu qeyd edib və Suriya hökumətini 6 aydan çox davam edən zorakılığa son qoymağa çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar