SON XƏBƏRLƏR

Amerika və Avropa Birliyi nümayəndələri Əhmədinejadın çıxışını boykot etdilər

2021.10.20, 07:36
Amerika və Avropa Birliyi nümayəndələri Əhmədinejadın çıxışını boykot etdilər

Gunaz.tv

GünAz TV: Assambleyasının (Birləşmiş Millətlər Təşkilatının Gənəl Qurumu)  tribunasından çıxış edən zaman ABŞ (Amerika Birləşmiş Ştatları) və Avropa Birliyin nümayəndələri nümayişkəranə surətdə zalı (salonu) tərk ediblər.

Lent.az-ın “Associated Press” agentliyinə (ajansıan) istinadən verdiyi məlumata görə, amerikalı diplomat çıxışı ancaq yarıya qədər dinləyib. Onun ardınca isə AB-nin (Avropa Birliyinin) 27 ölkəsinin nümayəndəsi zalı tərk edib.

Əhmədinejad öz çıxışında dünya maliyyə böhranının və beynəlxalq hərbi münaqişələrin bütün məsuliyyətini ABŞ və onun müttəfiqlərinin üzərinə qoyub. Amma o, hansı ölkələri nəzərdə tutduğunu deməyib. İran prezidenti dünyanın böyük ölkələrini işğal etdikləri ölkələrə təzminat ödəməyə də çağırıb: “Onlar rəsmən irqi ayrı-seçkiliyi dəstəkləyirlər. Onlar resurslardan (qaynaqlarından, mənbələrindən) istifadə etmək və əhalini asılı vəziyyətə salmaq üçün hərbi müdaxilə yolu ilə ölkələri zəiflədirlər, onların infrastrukturunu (zirsaxt, altyapı) dağıdırlar”.

Bununla yanaşı o, BMT-nin yaradılmasının bəşəriyyətin ən böyük nailiyyətlərindən biri adlandırıb və ümid etdiyini bildirib ki, təşkilat təkcə böyük dövlətlərin marağına xidmət etməyəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar