SON XƏBƏRLƏR

Azərbaycanlı öyrənci fəal Əfşin Şəhbazi tutuqlanıb

2021.10.20, 07:36
Azərbaycanlı öyrənci fəal Əfşin Şəhbazi tutuqlanıb

Gunaz.tv

GünAz TV:  Azərbaycanlı öyrənci fəal, Azərbaycanşünaslıq ocağının üyəsi öyrənci fəal Əfşin Şəhbazi Təbriz universiteti təhlükəsizlik bölməsində (hərasətdə), təhlükəsizlik orqanlarının məmurları tərəfindən oğurlanıb.

 

Sentyabrın 22-də (şəhrivərin 31-də) yaxalanan Əfşin bəy Şəhbazi naməlum istiqamətə aparılıb.

 

Qeyd edək ki, adını çəkdiyimiz milli-mədəni fəalın tutuqlanması sentyabrın 23-ü (mehrin 1-i) yəni təhsil ocaqlarının açılış günü və yeni etirazların başlaya biləcəyi günlərə təsadüf edir.

 

Xatırladaq ki, cənab Əfşin Şəhbazi son günlərdə Təbriz və Ərdəbil ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarələri tərəfindən telefon vasitəsi ilə dəfələrlə təhdid edilib və ETTELAAT idarəsinə çağırılıb. O, keçmişdədə bir neçə dəfə tutuqlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar