SON XƏBƏRLƏR

Zəncanda tutuqlanan öyrənci fəallar barədə yeni xəbər...

2021.10.20, 07:36
Zəncanda tutuqlanan öyrənci fəallar barədə yeni xəbər...

Gunaz.tv

GünAz TV: Zəncanda Urmu Gölü ilə bağlı Kütləvi Etiraz Yürüşünün keçiriləcəyi xəbərindən sonra, bu şəhərdə bir çox milli-mədəni fəal tutuqlanıb.

 

GünAz TV mətbuat mərkəzinin “Öyrənci”-yə istinadən yaydığı məlumata görə, Sentyabrın 20-i (şəhrivərin 29-u) Səid bəy Mətinpurun doğum günü mərasimindən sonra tutuqlanan Mehrdad Kərəmi, Camal Rzayi və Xəlil Qulamiyə ağır işgəncələrin verdiyi xəbəri yayılıb. İşgəncələr elə bir həddə olub ki, görənləri və onların ailəsini şoka salıb.

 

Məlumata görə, adını çəkdiyimiz milli-mədəni fəallar dünən Zəncanın İnqilab Məhkəməsinə aparılıb və bir müddət sonra naməlum istiqamətə intiqal ediliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar