SON XƏBƏRLƏR

Suriya hökumətinə daha bir zərbə

2021.10.20, 07:36
Suriya hökumətinə daha bir zərbə

Gunaz.tv

GünAz TV: Avropa şirkətlərinin Suriyanın neft sənayesinə yeni investisiyalar (yatırım, sərmayə yatırmaq) qoyması qadağan edildi.

Avropa Birliyi Suriyaya qarşı yeni sanksiyalar (təhrimlər) haqda qərar çıxarmağa hazırlaşır. Bu barədə məlumat verən mənbənin sözlərinə görə, birliyə üzv 27 ölkənin yazılı qərarının şənbə günü qüvvəyə minəcəyi gözlənilir. Həmin qərara əsasən, Suriya kağız və metal pullarının təslim edilməsinə dair bəzi təşkilat və şəxslərə qadağalar qoyulacaq. Bəzi ərəb ölkələri kimi, Suriyanın da pullarının böyük hissəsi ABŞ-da (Amerika Birləşmiş Ştatları) çap olunur.

GünAz TV mətbuat mərkəzinin “Azadlıq radiosu”-na istinadən yaydığı məlumata görə, Yeni embarqolarla (təhrimlərlə) adı açıqlanmayan bəzi Suriya təşkilatları və şəxslərin əmlakının dondurulması, səyahət qadağasının tətbiqi və Avropa şirkətlərinin Suriyada yeni fəaliyyətinin qarşısının alınması hədəflənir. Suriyanın neft sektoruna (neft bəxşi, neft sahəsi) yönəlik yeni sanksiyalarla Avropa şirkətlərinin Suriyada neft axtarışı, istehsalı və göndərilməsi də yasaqlanır. Həmin şirkətlərə Suriyanın enerji sektorunda ortaq iş görmək, bu ölkəyə kredit (vam) verilməsi və suriyalı şirkətlərdə pay sahibi olması da qadağan olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar