SON XƏBƏRLƏR

Ali Məsləhət Şurasının üzvü Məhəmməd Mirməhəmmədi koronavirusdan ölüb

2021.10.20, 07:36
Ali Məsləhət Şurasının üzvü Məhəmməd Mirməhəmmədi koronavirusdan ölüb

Gunaz.tv

GünAz TV: İranın Ali Məsləhət Şurasının üzvü Məhəmməd Mirməhəmmədi koronavirusdan ölüb.

 

İran mediasında yayılan xəbərlərə əsasən, o, bu gün səhər saatlarında Məsih Daneşvər xəstəxanasında ölüb.

 

Qeyd etmək lazımdır ki, Məhəmməd Mirməhəmmədi Əli Xamneyi və Əkbər Haşimi Rəfsəncaninin prezidentlikləri dövründə İran Prezident Aparatının rəhbəri vəzifəsində çalışıb. O, Milli Məclisin iki çağırışında isə deputat olub.

 

Məhəmməd Mirməhəmmədi din xadimi Musa Şübeyri Zəncaninin bacısı olan anası da bir neçə gün öncə koronavirusdan dünyasını dəyişmişdi.

 

Xatırldaq ki, son günlər ərzində iranlı bir neçə rəsmi koronavirusa yoluxduğunu bəyan edib. Onların arasından İranın Vatikandakı sabiq səfiri Hadi Xosrovşahi və son seçkilərdə millət vəkili seçilmiş Məhəmmədəli Ramazaninin bir neçə gün öncə ölüm xəbəri yayılmışdı.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar