SON XƏBƏRLƏR

Sulduz Yürüşündə tutuqlananlar var

2021.10.20, 07:36
Sulduz Yürüşündə tutuqlananlar var

Gunaz.tv

GünAz TV: Bu gün Urmu və Təbrizdən başqa Güney Azərbaycanın müxtəlif şəhərlərində Kütləvi Etirazlar gedir. Etirazçılar Urmu Gölünün qurudulmasına etiraz edirlər.

 

Sulduzda Bütün təzyiqlərə rəğmən 2000 nəfərdən artıq soydaşımız Etiraz Yürüşünə qoşulub və  Ftuhi xiyabanından Jandarmeri fələkəsinə qədər milli şüarlar səsləndiriblər.

 

Etirazçılar “Urmu Gölü can verir – Məclis onun qətlinə fərman verir”, “Yaşasın Azərbaycan”, “Urmu Gölü bizim qanımızdır”, “Sulduz şəhidlərini unutmaz” və ... kimi milli şüarlar səsləndiriblər.

 

Məlumata görə, təhlükəsizlik qüvvələri dinc etirazçılara hücum edib və onlardan bir neçəsini tutublar.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar