SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
Türkiyə Türk Dövlətləri Təşkilatının Rəqəmsal İqtisadiyyat Tərəfdaşlığı Sazişinin daxili təsdiq prosesini tamamlayıb
Suriyalı deputat: Türkman tələbələrin Azərbaycanda təhsil alması üçün imkanların yaradılmasını arzulayırıq
Ərşad Salehi: TDT-də xaricdə yaşayan türklərin təmsilçiliyi üçün nümayəndəlik yaradılsın
Reuters: İran müharibəsinin yaratdığı neft itkiləri İraqı OPEC-də daha yüksək kvota tələb etməyə sövq edir
Rubio: ABŞ İranla razılaşma istəyir, amma “nəyin bahasına olursa olsun yox”
Avstraliyada yəhudi mərkzlərinə hücumlara SEPAH rəhbərlik edib - Burqes
BƏƏ rəsmisi: Hörmüz boğazının gələcəyi təcavüz yolu ilə müəyyən edilə bilməz
İran xaos və terror ixrac edir - Mark Rutte
Əhərdə Saleh Mollaabbasinin dəfn mərasimi keçirilib
Əhvazdakı siyasi məhbuslar ağır şəraitdə saxlanılır
ABŞ konqresmeni: İran Livan-İsrail danışıqlarına qarışmamalıdır
Tramp administrasiyası İranın nüvə materiallarının utilizasiyası üçün 672 milyon dollar istəyib
Tramp NATO sammitində iştirak etməsinin əsas səbəblərindən biri kimi Ərdoğana duyduğu hörməti göstərib
Vens: ABŞ Türkiyəyə F-35 qırıcılarının verilməsini nəzərdən keçirir
Məhbus azərbaycanlı müəllim məhkəmədə iştirakdan imtina etdi
İranlılar Kərbəlada iğtişaş törədiblər
Rusiya İran və ABŞ arasında imzalanan anlaşmaya reaksiya verdi
İran və ABŞ arasında yeni danışıqlar mərhələsi başlayır
Qalibaf: Son bir ildə Azərbaycan-İran əlaqələrində daha böyük inkişaf müşahidə olunur
Tramp: İran danışıqlarda böyük güzəştlərə gedir
Brent neftinin qiyməti 75 dolların altına düşdü
BMT-nin təxliyə planı çərçivəsində gəmilər Hörmüz boğazından keçməyə başlayıb
İranda saxlanılan dörd ukraynalı dənizçi azad edilib
ABŞ: İŞİD-in yüksək rütbəli lideri öldürülüb
Azərbaycan sərhədini pozmağa cəhd göstərən PUA zərərsizləşdirilib
Tramp: İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə, danışıqlar dərhal dayandırılacaq
Avropa İranın nüvə silahı əldə etməsinə icazə verə bilməz- Meloni
İranın nüvə obyektləri yolxlanılacaq- Qrossi
Mazandaranda da 700 etirazçıya məhkəmə işi açılıb
Müdafiə naziri: ABŞ tələb etsə belə, İsrail ordusu Livanın cənubunu tərk etməyəcək
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul edib
İranın göstərişi ilə özünü uçurma atdınız- Aviçay Adraee
TBMM Azərbaycanla hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Memorandumu təsdiqləyəcək
İranlı millət vəkilləri oturaq aksiyaya hazırlaşır- Səbəb
Aİ ABŞ-İran razılaşmasına baxmayaraq aviaşirkətlərə İran hava məkanından uzaq durmağı tövsiyə edir
İran həbsxanasında daha bir məhbus intihar etdi
Etiraz aksiyaları və müharibə ilə bağlı 111 bəluc həbs edilib
Zəncanın “Sərcin Baft” tekstil fabriki fəaliyyətini tamamilə dayandırıb
ABŞ və İran Tehranın nüvə yoxlamalarına razılıq verib-verməməsi ilə bağlı fikir ayrılığı yaşayır
Təbriz Maşınqayırma Zavodunun 1600 işçisi ödənilməmiş maaşlara görə tətil elan edib
Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından olan Saleh Mollaabbasi vəfat edib
Tramp: Senatın səsverməsi İranla bağlı işləri çətinləşdirir, amma məqsədimə çatacağam
GünAz TV mətbuat mərkəzi Professor Qulamrza Səbri Təbrizinin bölgədə gedən son vəziyyət və Güney Azərbaycanla bağlı müsahibəsini təqdim edir:
- Sayın prof. Səbri Təbrizi, Orta Şərqdə baş verən son hadisələri demokratikləşmə prosesi, yoxsa diktator rejimlərin birinin digəri ilə əvəz olunması kimi dəyərləndirirsiniz? Sizin fikrinizcə orada demokratikləşməyə gedən yol açılıb və ya yenə də hər hansı mərhələ keçməlidir? Bu hadisələrin İrana təsiri ola bilərmi?
- Bu gün Orta Şərqdə baş verən dəyişiliklər keçən dövrlərdə baş verən hadisələrdən tamamilə fərqlənir. Əvvələr əgər hər hansı dəyişiliklər qərb ölkələrinin mənafeyi və istəyilə baş verirdisə, indi artıq bu millətlərdilər ki, öz gələcəklərini müəyyənləşdirmək üçün səfərbər olunublar. Orta Şərq ölkələrində yaşayan millətlər artıq yoxsulluğa, işsizliyə və azadlıqların olmamasına qarşı üsyan edirlər. Onlar yeni düşüncə əsasında demokratik bir mühitdə yaşama haqlarını bu hadisələrlə gündəmə gətirdilər .Orada yaşayan insanlar artıq başa düşüblər ki, yalnız demokratik bir şəraitdə normal və insani yaşama haqlarından faydalana bilərlər. Orada baş verən hadisələr nə islam hakimiyyətini qurmaq, nə də hər hansı başqa bir diktaturanın yenidən baş qaldırmasına şərait yaratmaq amacı daşımır. Orada yalnız insanlar azad və demokratik bir toplumda yaşamaq və insani haqlardan faydalanmaq üçün üsyan edirlər. Biz görürük ki, insanların əksəriyyəti müsəlman olsalar da onlar İran islam cümhuriyyətinə oxşar bir dini və ideolojik hakimiyyətin qurulması üçün küçələrə çıxmayıblar. Buna baxmayaraq ki, İran fars- molla hakimiyyəti belə təbliq edirdi ki, güya orada islam inqilabı baş verir. Ancaq, hadisələrin gedişatı subut etdi ki, o ölkələrdə gedən proseslər yalnız demokratikləşmə prosesidir və insanlar dini inanclarından asılı olmayaraq hamılıqla bir demokratik ortamın formalaşması üçün mübarizə aparırlar. Bütün bu olaylar həm qərb, həm də şərq dünyasını öz təsiri altına aldı və bir çox ölkələri təəccübləndirdi. Onlar ola bilsin düşünsünlər ki, belə bir şəraitdən necə faydalanmaq olar, ancaq mən düşünürəm ki, diktatura qarşısında sinəsini sipər etmiş gənc nəsil bundan sonra icazə verməz ki, onların mənafeləri və gələcəkləri üstündə hansısa bir dövlət bazarlıq etsin. Mən buna umid edirəm ki, yeni və müasir düşüncələrlə silahlanmış gənc nəsil Orta Şərqin yeni tarixini yazacaqlar və onlar umid dolu bir gələcək qurmaq üçün çaba göstərəcəklər . Mən Misir universitetlərində dərs vermişəm, Misirin ziyalı və elitasını yaxşı tanıyıram. Onlar çox mədəni və dünyaya müasir düşüncə ilə baxan insanlar olaraq başqa ərəb ölkələrindən fərqli, daha mədəni cəmiyyətə sahibdilər.
Ancaq, Hüsnü Mübarəkin 30 illik qəddar hakimiyyəti bu ölkənin inkişafının və əhalisinin rifahda yaşamasının qarşısını almışdı. Misirdə və Tunisdə baş verən hadisələr göstərir ki, insanlar yalnız demokratikləşmə prosesini gerçəkləşdirirlər və icazə verməzlər ki, onların qan bahasına dəyişdirdikləri diktatura bir başqa diktatura ilə əvəz olunsun . Liviyada Müəmmər əl-Qəzzafi qan tökməklə hakimiyyətini qorumaq istəsə də, biz görürük ki, atıq insanlar geri oturmaq fikrində deyillər. Bəhreyndə baş verən olaylar nəticədə hakimiyyətin geri oturması və islahatların aparılması üçün danışıqlara gedilməsilə nəticələndi. Buna baxmayaraq Bəhreynin vətəndaşları heç şübhəsiz ki, tam istəklərinə nail olmayana qədər geri oturmayacaqlar .
Bütün bu baş verənlər onu göstərir ki, Orta Şərqdə insanlar mədəni yollarla artıq öz haqlarını arayırlar. Bu proses bəzi ölkələrdə, o cümlədən Tunisdə ciddi itki vermədən baş tutdu. Ancaq, Liviyada biz görürük ki, M. Qəzzafi sivil və mədəni yollarla öz haqlarını istəyən insanlara silah gücü ilə cavab verir. Məncə bu, M,Qəzzafinin ən böyük yanlışıdır və o, artıq belə bir olaylardan sonra Liviya millətinə hökmranlıq edə bilməz. Mən Liviyada olmuşam, bir çox konfranslarda iştirak etmişəm, o insanların istəkəri ilə tanışam. M.Qəzzafi 42 il bundan öncə əhalinin sosial və ictimai-siyasi həyatını yaxşılaşdıracağını vəd etməklə hakimiyyəti çevriliş yolu ilə ələ keçirdi. Mən onunla da yaxından görüşmüşəm. Elə o vaxt da mən bildim ki, belə bir qəddar insandan millətinə xeyir gəlməz . Mən onun yazdığı “Yaşıl kitab”ı oxumuşam. Orada yazılanlarla bu 42 ildə liviya millətinin başına gətirilən faciələr tamamilə fərqlidir. Ancaq, milləti aldatmaq üçün o, hələ də bu kitabı əlində gəzdirir. Ancaq, artıq millət nə ona, nə də onun Yaşıl kitabına inanmaq fikrində deyil. Onlar demokratik cəmiyyətin və dövlətin qurulmasını istəyirlər. Bütün bu olaylarda biz Əlcəzayiri göz ardı edə bilmərik. Orada da baş verən hadisələr demokartikləşmə prosesinin tərkib hissəsidir, çünki orada da millət daxili istismardan və diktaturadan canlarını qurtarmaq istəyir. Heç şübhəsiz ki, Orta Şərqdə cərəyan edən hadisələr, regiondakı digər diktatura rejimi ilə idarə olunan ölkələrə o, cümlədən İrana da təsir edəcək. Necə ki, artıq İranda da insanlar hakimiyyətə olan narazılıqlarını küçələrdə dilə gətirirlər, ona baxmayaraq ki, hakimiyyət silahlı quvvələrin hesabına etirazçıları evlərində oturtmağa çalışır. Baş verənlərdən belə nəticə çıxara bilərik ki, o ölkələrdə baş verən hadisələr həm bölgənin demokratikləşməsinə, həm.də fanatizmin qarşısının alınmasına xidmət edir. Bu isə əslində həm qərb dünyasının, həm də həmin bölgənin maraqlarına cavab verir.
- Sayın prof. Təbrizi, sizin vurğuladığınız bu məqamlarda görürük ki, artıq Orta Şərqdə baş verən demokratikləşmə prosesi orada yaşayan insanların dini inancından asılı olmayaraq gerçəkləşir və bu proses həm kütlə, həm də siyasi elita tərəfindən ciddi şəkildə dəstəklənir. Belə bir şəraitdə bu proseslərin doğru sonuclanmasının qarşısını alan hər hansısa təhlükə mövcuddurmu?
- Biz olayları yaxından izlədikdə və hadisələri araşdırdıqda görürük ki, baş verən hadisələr 30 il bundan öncəki hadisələrdən çox fərqlidir. Xüsusilə Misirdə baş verən hadisələr göstərdi ki, əhalinin, həmçinin orada mövcud siyasi quvvələrin məsələlərə yanaşmaları daha çox demokratik əsaslar üzərində qurulub. Onlar daha çox siyasi dialoqlara üstünlük verirlər və bu göstərir ki, orada yeni bir mərhələ başlayıb və bu mərhələdə sivil, mədəni münasibətlər özünü büruzə verir. Biz görürük ki, Misr hadisəsində bütün siyasi qurumlar bir ağızdan bunu deyirlər ki, Misirdə baş verən demoratikləşmə olaylarında dinindən, irqindən və siyasi baxışından aslı olmayaraq bütün quvvələr iştirak ediblər. Bu onu göstərir ki, intelektual təbəqənin məsələyə yanaşması olduqca qaneedic və müasirdir. Mənim yadımdadır ki, o zamanlar ki, mən Misirdə dərs deyirdim, dərsdə iştirak edən insanların 30 faizi sekular düşüncəyə malik idi. Ancaq, indi bu rəqəmi 90 faiz deyə bilərik. Elə bu onu göstərir ki, artıq əhalinin düşünən beyni başa düşüb ki, misir xalqının gələcəyi dini fanatizmdən yox, demokratikləşmədən keçir. Eyni halda ki, əhali öz dini etiqadını da qoruyub saxlaya biləcək. Təbii ki, bu yanaşma digər Orta Şərq ölkələrinin ziyalı və siyasi quvvələrinə də müsbət təsir edəcək. Bir məsələni də deməliyəm ki, artıq Orta Şərq ölkələrində dini fanatizmə 30-40 il bundan əvvəlki kimi müsbət baxılmır. Çünki, gənc nəsil yeni dünya düzəninə inteqrasiya edə bilib və onlar əvvəllər olduğu kimi dini fanatizmi yayan hansısa qüvvələrin toruna düşmürlər.
Biz görürük ki, həm Misirdə, həm Bəhreyndə insanlar eyni halda ki, dini etiqadlarına sahibdirlər, bu məsələni esas tutub bir dini hakimiyyətin qurulmasına tərəfdar deyillər. Ola bilsin ki, bəziləri o, cümlədən İran rejimi bu məsələni yalnız dini nöqteyi-nəzərindən göstərməyə çalışsın, ancaq reallıq tamamilə başqadır. Çünki, onların dinə baxışları belə bu gün İranda təbliğ olunan dini baxışdan fərqlənir. O ölkələrdə biz bü gün görürük ki, insanlar demokratik və azad bir hakimiyyətdə və rifahda yaşamaq istəyirlər. Gənc nəsil dünyadan təcrid olmağı yox, dünya ilə bütünləşməyi seçib və bu düşüncə onların milləti tərəfindən tam dəstəklənir. Ona görə mən çox umidliyəm ki, o millətlərin gələcəyi artıq bir daha qaranlıq keçmişə yox, işığlı gələcəyə doğru gedəcək və bu istiqamətdə çalışan insanlar, siyasi intelektual quvvələr icazə verməyəcəklər ki, millətin başladığı yeni yol hər hansı saxta maneələrlə durdurulsun. Ona baxmayaraq ki, bəzi ölkələrdə, o cümlədən Liviyada bu məsələ daha çətin prosesləri keçə bilər. Ancaq, əsas məsələ kimi birinci növbədə onlar diktator hakimiyyətdən qurtarmalıdırlar. Elə bu özü-özlüyündə başladılmış demokratikləşmə prosesinə doğru əsaslı addım olacaq və onlar bir millət kimi öz güvənlərini qazanıb mədəni və demokratik dövlətin qurulması istiqamətində gedəcəklər. Bunu qeyd edim ki, demokratik istəklər o ölkələrdə köklü dəyişikliklərə nail olmaq üçün əsas amillərdəndir və bü gün şahid olduğumuz hadisələr göstərir ki, bunun qarşısı alınmazdır.
- Sizin dediklərinizdən belə aydın olur ki, Orta Şərqdə gedən proseslər davamlı demokratikləşmə prosesidir və onun mahiyyətini heç bir qüvvə, o cümlədən İran rejimi saxta təbliğatla dəyişə bilməz . İndi belə bir sual ortaya çıxır ki, əgər nəzərə alsaq ki, bu ölkələrin əhalisini daha çox müsəlmanlar təşkil edir, bu zaman Türkiyə Orta Şərq ölkələrinə model dövlət ola bilərmi?
- Gerçəklik budur ki,Orta Şərq ölkələrində demokratiyanın çiçəklənmə dövru başlayıb. Artıq o ölkələrdə siyasi islamla insanların inandığı islam arasında fərqlər insanların həyat tərzində özünü göstərir. İnsanlar həm dini etiqadlarını qoruyurlar, həm də dünyada gedən inkişaf və tərəqqinin mənimsənilməsi və mədəni cəmiyyətin qurulması üçün çaba göstərirlər. Bu gün o ölkələrin aparıcı gücü olan gənc nəslin davranışları, sivil və mədəni dünyaya baxışı müasir bir baxışdır və artıq onlar məsələləri yalnız dini bucaqdan təhlil etmirlər. Bu cür yanaşma demək olar ki, hazırda Türkiyədə təcrubə olunan modelə çox oxşardır. Yəni onlar bunu başa düşürlər ki, dini inancların siyasətə qarışması heç də müsbət nəticə verməyəcək, çünki onlar İran kimi dini ideologiya ilə idarə olunan ölkələrin bu gün düşdüyü böhranları da görürlər. Məsələ burasındadır ki, hakimiyyətini sürdürmək istəyən bu tip diktatorlar həmişə çalışmışlar belə bir görüntü yaratsınlar ki, onların hakimiyyəti dəyişilərsə, fanatik qüvvələr hakimiyyəti ələ keçirərlər və bu da həm bölgəni, həm də dünyanı təhlükə qarşısında qoya bilər. Ancaq, Misirdə baş verən olaylar bunun tam əksini sübut etdi. Hər halda, biz zaman içində görəcəyik ki, həqiqətən də orada yaşayan millətlər demokratik əsasları mənimsəyiblər və artıq dinlə siyasət arasında olan fərqlilikləri doğru dəyərləndirə bilirlər. Çünki, onların fəlsəfi və siyasi baxışları müasir dövrün baxışları ilə təzad təşkil etmir, onlar artıq geriçi və fanatik islami baxışlardan uzaqlaşıblar və sözsuz ki, bu onların siyasi davranışlarında da öz təsirini qoyacaq. Elə bu faktorlara əsaslanaraq deyə bilərəm ki, orada baş verən hadisələrin sonrakı mərhələsi daha çox Türkiyə modelinə yaxın bir sistem üzərində qurulacaq, ancaq belə bir mərhələyə yetişmək üçün müəyyən zamanın keçməsi də labüddür.
- Sayın prof. Səbri Təbrizi, Orta Şərqdə gedən demokratikləşmə prosesinin dalğası diktaturanın hakim olduğu digər ölkələrə, o cümlədən çoxmillətli ölkə olan İrana necə təsir edəcək?
- Ərəb dünyasında baş verən bu hadisə qeyd etdiyim ki, tarixi bir gəlişmədir və bunun diktaturanın hakim olduğu digər ölkələrə təsiri mütləqdir. Xüsusilə İranda mövcud dini diktator rejiminə bu proses öz təsirini göstərəcək. İranın daxili şəraiti çox mürəkkəb bir şərait olduğundan biz gərək bu məsələni daha dəqiq araşdıraq. Məsələ bundan ibarətdir ki, İrandakı bugünki rejim diktatorluğu, dini fanatizmi yayan bir rejim olaraq orada bütün vətəndaşların haqlarını kobud surətdə pozur. Necə ki, biz görduk son prezident seçkilərində hakimiyyət saxtakarlıq etməklə seçicilərin verdikləri səsi oğurladılar və yenə də Əhmədinejadı iş başına gətirdilər. Bu hadisə səbəb oldu ki, hakimiyyətdən narazı insanlar küçələrə çıxıb haqlarını istəsinlər. Düzdür ki, bu rejim tam qəddarlıqla sivil formada etiraz edənlərə divan tutdu, ancaq bu məsələ bu gün də davam edir və əhali yaranmış hər bir fürsətdən yararlanaraq hakimiyyətə olan nifrətini göstərir. Bununla yanaşı, bir də İrana müxalif olan sərtasəri quvvələr vardır ki, onlar İranda mövcud həqiqətləri görməzdən gəlirlər. Onlar bu hakimiyyətin getməsində maraqlı olsalar da, İranda normal demokratikləşmə prosesinin getməsində maraqlı deyillər. Çünki, onlar orada yaşayan qeyri-fars millətlərin, xüsusilə 30 milyondan çox azərbaycanlının milli haqlarını danırlar. Ona görə də deyə bilərik ki, bu məhdud müxalifət ancaq Tehran və bir sıra fars şəhərlərində rejimə qarşı etiraz aksiyaları düzənləyə bilir. Mən hesab edirəm ki, bü gün yaşıl adı ilə tanınan hakimiyyətə müxalif quvvələrin rəhbərləri o, cümlədən Mirhüseyn Musəvi və Mehdi Kərrubi düzgün və o ölkənin gerçəkliyinə uyğun siyasət tuta bilməyiblər. Onlar hələ də İranın çoxmillətli olmasını qəbul edə bilmirlər, bilə-bilə ki, əsas güc elə bu qeyri-fars millətlərin, o cümlədən azərbaycanlıların əlindədir. Bu da ondan irəli gəlir ki, onlar istəmirlər dünya bu həqiqəti açıq şəkildə görsun ki, İran dedikdə bu təkcə farsların yaşadığı bir ölkə anlamında deyil. O ölkənin siyasi çoğrafiyası daxilində müxtəlif millətlər öz ana torpalarında yaşayırlar və onların bütün insani , milli haqlari tapdanır, dilləri yasaq edilir. Ona görə də mən yaşılların bu davranışını belə qiymətləndirə bilərəm ki, elə onlar da məsələyə faşisti bir baxışla baxılar və belə olan halda İranda diktator rejimə qarşı mübarizə istənilən nəticəni vermir . Bunu da qeyd edim ki, bu vəziyyətdən ən çox ziyan görənlər elə o qüvvələr olacaqlar. Çünki, bu rejim o müxaliflərin səsini kəsmək üçün bütün imkanlarını səfərbər edib. Amma, eyni zamanda deməliyəm ki, artıq Azərbaycan milləti dərk edir ki, onlara qarşı ayrı-seçkilik siyasəti aparılır, onların milli haqları danılır. Həqiqət budur ki, İranda milli hərəkatlar, özəlliklə də Azərbaycan milli hərəkatı millətin içində daha çox kök salıb və güclənib və ümumiyyətlə İranda milli azadlıq hərəkatları əsas alternativ gücdürlər . Mən inanıram ki, bizim hərəkat son sözünü deyəcək. Hər halda İranda həqiqətləri görmədən demokrasi şuarı verməklə iş bitməyəcək. Gərəkdir ki, rejimə müxalif qüvvələr mövcud narazılıqları görməklə yanaşı, orada müxtəlif millətlərin varolma həqiqətini də qəbul etsinlər. Demokrasi maskasını üzə taxmaqla biz onlara demokrat deyə bilmərik. Bütün bunları dərk edən oradakı qeyri-fars millətlər dediyim kimi diktaturaya qarşı mübarizə aparan, həmçinin milli-demokratik haqlarını tələb eden güclü quvvələrdirlər və inanıram ki, onların fəaliyyəti və bölgədə gedən hadisələrin təsiri bu məsələni bir daha gündəmə gətirəcək, orada yaşayan millətlərin haqları tanınacaqdır. Bu istiqamətdə biz hamımız məsuliyyətlə hərəkət etməliyik ki, millətimizin istəkləri reallaşsın. Bu yolda hər kəs imkanları daxilində yardım etməlidir.
- Sayın prof. Səbri Tabrizi, siz söhbətinizdə iran adlanan ölkədə yaşayan millətlərin öz ana dilində danışmaq, yazıb-oxumaq haqlarının əllərindən alınmasını da qeyd etdiniz. Siz bilirsiniz ki, hər il Güney Azərbaycanın həm daxilində, həm də xaricində bu haqqın gündəmə gətirilməsi üçün davamlı fəaliyyət aparılır və elə 21 fevral Beynəlxalq Ana dili günüylə bağlı da həm Güneydə, həm Avropaın müxtəlif ölkələrində bir sıra tədbilər keçirildi. Bilmək istərdik ki, ana diliylə bağlı elmi təcrübəyə malik bir insan kimi siz bu məsələyə necə baxırsınız? Güney Azərbaycanlılar üçün niyə dil məsələsi cox önəmli bir məsələdir?
- Siz sualınızda dilin önəmliliyini soruşdunuz. Deməliyəm ki, 30 ildir ki, mən elmi olaraq bu məsələni araşdırmışam və bir cox elmi konfranslarda bu haqda çıxış etmişəm. Maraqlıdır ki, bizim dilimizi qadağa edən elə bu farslar mənə yaxınlaşıb deyiblər ki, bu ana dilinin ki, siz bu qədər üstündə durursunuz, nə önəmi var ki, siz bunu gündəmə gətirirsiniz? Mən görmüşəm ki, onlar belə deməklə bizim dil haqqımızı çox kiçik bir məsələ kimi göstəriblər. Bu da onu göstərir ki, onlar həqiqətdən qaçmaq üçün bunu deyirlər. Mən apardığım elmi fəaliyyətimdə bu qənaətə gəlimişəm ki, bir insanın varlığı, kimliyi və şəxsiyyət tapması onun ana dilinə bağlıdır. Biz bilirik ki, insan düşüncəsi maddi dünyadan təsirlənir və bütün bu təsirlər ana dilində insanın zehnində, düşüncəsində və xarakterində özünü göstərir. Ana dilində bir “çörək” sözü sadəcə bir söz deyil, bu sözdə hər bir insan çörəklə bağlı xatirələrini, duyğu və düşüncələrini canlandırır. Həmçinin, ana dili həm də bizi öz milli tarixi keçmişimiz və bu günümüzlə bağlarır, gələcəyimiz bu əsaslar üzərində qurulur. Ona göna görə də fars mərkəzli hakimiyyət 85 ildir ki, çalışır bizim ana dilimizi məhv etsin, məktəblərdə bizim uşaqlara fars dilində öyrədilsin. Çünki, onlar bilirlər ki, biz öz düşüncə və duyğumuza yad bir dildə oxuduqda artıq gerçək duyğu və düşüncəmizi ifadə edə bilməyəciyik, həm geçmişəmizə, həm bu günümüzə, həm də sabahımıza biganə yanaşacayıq. Bu gerçəkliklərdir ki, ana dilinin önəmliliyini artırır və bu gün Güney Azərbaycanda, rləcə də xaricdə yaşayan azərbaycanlılar bu məsələni dilə gətirməklə əslində özlərinin milli kimliklərini qoruyub saxlamaq üçün mübarizə aparırlar. Dil haqqında mübarizə elə bizim milli və insani varolma uğrunda mübarizəmizin əsasını təşkil edir. Mən özum bütün nailiyyətlərimi ana dilimə borcluyam və həmişə hesab etmişəm ki, mənim şəxsiyyətim ana dilimə bağlı olduğum üçün düzgün formalaşıb. Bu məslə çox önməmlidir, çünki mən həyatımda təcrübə etmişəm və görmüşəm ki, əgər mən öz ana dilimə bağlı qalmasaydım, oxuduğum ikinci dildə də uğur əldə edə bilməyəcəkdim. Heç təsadüfi deyil ki, bü gün fars şovinisti birinci olaraq bizim dilimizə yasaq qoyub, o dildə dərs oxumağımıza maneçilik törədibdir. Bütün bu həqqətləri gördukdə biz ana dilimizə yasaq qoyulmasına qarşı mübarizə aparacayıq və qoymayacayıq ki, bizim millətin dilini yasaq etməklə onu kölə kimi saxlasın və onun bütün varlığını talan etsin.
- Sayın Professor, siz dil haqqında çox önəmli məsələlərə toxundunuz. Bilmək istərdim ki, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) başqanı olaraq siz açıqlıq gətirəsiniz ki, bu məsələnin beynəlxaq qurumlarda gündəmə gətirilməsində hansı işlər görülüb və ümumilikdə hansı istiqamətdə iş aparılmalıdır ki, sizin dedyiniz kimi millətimizin əsas haqqı olan ana dili haqqı dünya ictimayyətində gündəmə gəlsin?
- Dediyiniz bu məsələ GAMAC-nin əsas fəaliyyətinin tərkib hissəsidir. Biz bu məsələni bir çox yerlərdə, o cümlədən UNESCO-da, Birləşmiş Millətlər Təşkilatına bağlı olan digər qurumlarda və həmçinin Avropanın bir çox ictimai-siyasi mərkəzlərində qaldırmışıq və mənim bu mövzu ətrafında Avropa Şurasında çıxışım olub. Bundan başqa biz GAMAC olaraq UNESCO-ya faktlar və sənədlərlə yazılı müraciət etmişik və orada dilimizin fars şovinist hakimiyyəti tərəfindən yasaq olunmasını gündəmə gətirmişik. Hətta, onlarla canlı görüş keçirərək, məsələni bir daha anlatmışıq. Artıq UNESCO-da bizim verdiyimiz sənədlər müstəqil mütəxəssislər qrupu tərəfindən araşdırılır. Onlar söz veriblər ki, bu məsələ tama şəffaf şəkildə araşdırılacaq. Bütün bunlarla yanaşı, GAMAC olaraq bir çox məsələlər üzərində davamlı çalışırıq və hədəfimiz budur ki, bizim millətimizə qarşı aparılan bu qəddar siyasətin qarşısını alaq və millətimizin haqlarını bərpa edək. Onu da deyim ki, hələ bu istiqamətdə göruləsi bir çox iş var. İnanın ki, mən müxtəlif elmi, siyasi və digər tədbirlərdə deyəndəki 30 milyondan çox bir millətin ana dilində danışmasına İran rejimi yasaq qoyub və onların bir məktəbi belə yoxdu, görmüşəm ki, məni dinləyən insanlar çox təsirləniblər və belə bir vəziyyətin olmasına öz narahatlıqlarını bildiriblər. Mən Avropa Şurasında çıxış edəndə insanlar yaxınlaşıb bu məsələ haqqında suallar verirdirlər və onlara baş verən bu acı həqiqətləri dedikdə onlar hətta öz göz yaşlarını saxlaya bilmirdirlər. Hər halda, dediyim kimi bizim görəcəyimiz çox iş vardır, ona görə də mən Azərbaycan Milli Hərəkatında təmsil olunan və çalışan bütün qüvvələrə tövsiyə edirəm ki, bu istiqamətdə fəaliyyətlərini daha çox artırsınlar, çünki bu məsələ bizim üçün həyati önəm daşıyır.
- Sayın Səbri bəy, son vaxtlarda İranın Azərbaycan respublikasının daxili işlərinə müdaxilə etməsinə necə baxırsınız? Nədən İran Azərbaycanla normal qonşuluq münasibəti qurmur? Siz, GAMAC-nin başqanı olaraq bu məsələni necə qiymətləndirirsiniz və bu məsələdə Güney Azərbaycan faktorunu necə dəyərləndirirsiniz ?
- Biz bilirik ki, İran rejimi Azərbaycanın mustəqil dövlət olaraq yaşamasını və inkişafını bü günə kimi həzm edə bilməyib. Ancaq, buna baxmayaraq Azərbaycan dövləti ağıllı xarici siyasət qurmaqla İranın təxribatlarını təsirsiz edə bilib və icazə verməyib ki, İran rejimi Azərbaycanın suverenliyinə və mustəqilliyinə zərbə vura bilsin. Bizim azərbaycanlıları təmsil edən bir dövlətimiz var və sözsüz ki, biz dövlətimizin müstəqilliyini göz-bəbəyimiz kimi qoruyacağıq. İranda bu gün riyakar və diktator bir rejim var, onların həm daxili və həm də xarici siyasətləri riyakarlıq və yalan üzərində qurulub. Onlar bir tərəfdən 30 milyondan çox azərbaycanlının milli və insani haqqını danır , dilini yasaq edir, digər tərəfdən də güya Azərbaycan vətəndaşlarının qayğısını çəkir, səhərdən axşama kimi Azərbaycan əleyhinə təbliğat aparır. Bir tərəfdən deyir ki, mən islam dövlətiyəm, o biri tərəfdən Azərbaycanın torpaqlarını işğal edən ermənilərlə hərtərəfli münasibət qurur. Bu onların riyakar və yalançı simasını göstərir. Buna görə də biz, GAMAC olaraq bildiririk ki, dünyada yaşayan azərbaycanlılar heç zaman icazə verməyəcəklər ki, İran anti- azərbaycan siyasətində nəyəsə nail olsun. Siz görürsunuz ki, Güney Azərbaycanda da bu məsələyə təpkilər artıbdır, artıq futbol meydanların da Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın işğaldan azad olunması şuarı verilir və İrandan tələb olunur ki, Ermənistanla siyasi, hərbi və iqtisadi əlaqələr kəsilsin. Biz gələcəkdə Güney Azərbaycanda bu etirazların daha çox şahidi olacağıq. Hər kəs bilməlidir ki, Güney Azərbaycanda yaşayan azərbaycanlılar Azərbaycan respublikasını öz dövlətləri bilirlər və bunu dilə gətirməkdən belə çəkinmirlər. Artıq sadə insanlar belə deyirlər ki, biz İranı işğalçı dövlət hesab edirik və onun nə prezidentini, nə dövlətini qəbul etmirik. Bütün bunlar Güney Azərbaycanın əhəmiyyətli rolunu göstərir. Siz gördünüz ki, Avropanın da bir neçə ölkəsində İran səfirlikləri qarşısında azərbaycanlılar tərəfindən etiraz aksiyaları keçirildi. Biz də GAMAC olaraq Almaniyada etiraz aksiyası təşkil etdik və İran rejiminə bu mesaji çatırdıq ki, Azərabaycan dedikdə təkcə 9 milyon əhalini düşünməsinlər. Onlar bilməlidirlər ki, 50 milyon azərbaycanlı Azərbaycan dövlətinin yanındadır. Bu istiqamətdə Günaz Tv də çox aktiv oldu və İranın apardığı bu təxribatları dünyada, həmçinin Güney Azərbaycanda yaşayan millətimizin diqqətinə çatdırdı. Mən təklif edirəm ki, Azərbaycan respublikasında strateji və siyasi məsələləri araşdıran qurumlar Güney Azərbaycana yönəlik diqqətlərini daha çox artırsınlar və Güney Azərbaycanın rolunu və əhəmiyyətini araşdırsınlar. Biz hesab edirik ki, Güney Azərbaycanın strateji mövqeyi dəyərləndirilməlidir. Biz bilməliyik ki, gücümuz birliyimizdədir.
- Sayın prof. Qulamrza Səbri Təbrizi, son olaraq bilmək istərdim ki, siz Türkiyə Cümhuriyyətinin cümhurbaşqanının Təbriz səfərini necə qiymətləndirirsiniz?
- Türkiyənin cümhurbaşqanı Abdullah Gülün Təbrizə səfər etməsi mənim fikrimcə bir tarixi hadisədir və biz GAMAC olaraq bunu çox müsbət dəyərləndiririk. Biz gördük ki, Təbriz əhalisi Türkiyə cümhurbaşqanı Abdullah Gülü çox sıcaq qarşıladı və o da qarşılıqlı olaraq onlara öz münasibət bildirdi. Bununla yanaşı siz də bilirsiniz ki, Abdullah Gül Təbrizə böyük bir heyətlə getmişdi və bu heyətin tərkibində Türkiyə iş adamları və mətbuat işçiləri də var idi. Mən geçənlərdə onların biri ilə danışanda, gördum ki, onlar da bu səfərin dərin təsirindən danışırlar. Bu baxımdan da bizim üçün önəmlidir ki, Güney Azərbaycan məsələsi hər tərəfli gündəmə gəlsin, çünki Güney Azərbaycan həm siyasi, həm iqtisadi cəhətdən İran rejiminin təzyiqi altındadır. Biz hesab edirik ki, əgər Türkiyə iş adamları Güney Azərbaycana yatırım qoyma şəraiti əldə edə bilsələr, o bölgənin iqtisadi vəziyyətinə müsbət təsir göstərəcək. Bunu da deyim ki, Abdullah Gülün Təbriz səfəri həm Türkiyə, həm Azərbaycan mətbuatında bir daha Güney Azərbaycanı gündəmə gətirdi və bu açıdan da diyə bilərəm ki, bu səfər Azərbaycan hərəkətını bir neçə il qabağa saldı. Xüsusilə Türkiyə mətbuatında Güney Azərbaycan məsələsinin gündəmə gəlməsi bizim üçün cox önəmli idi və artıq biz deyə bilərik ki, bu səfərdən sonra Türkiyənin müxtəlif yerlərində, hmçinin mətbuatında Güney Azərbaycan məsələsi hərtərəfli gündəmə gələcək. Biz bilirik ki, bir çox Güney Azərbaycanlı hazırda Türkiyədə yaşayırlar. Onların bir çoxu orada təhsil alır və hətta Türkiyən mətbuatında Güney məsələsini gündəmə gətirirlər. Artıq bundan sonra düşünurəm ki, onların o ciddi fəaliyyətləri daha çox səmərə verəcək. Hesab edirəm ki, Güney Azərbaycanın Türkiyə kimi bir böyük gücə malik ölkədə gündəmə gəlməsi həm də Avropa ölkələrinin diqqətini cəlb edəcək. Beləliklə Güney Azərbaycan və onun qaldırdığı məsələlər daha çox eşidiləcək.
- Sayın prof. Səbri bəy Təbrizi çox sag olun ki, vaxt ayırdınız və bu önəmli məsələlərlə bağlı dəyərli fikirlərinizi bizimlə paylaşdınız.
- Mən də sizə öz təşəkkürümü bildirirəm.
Müsahibəni apardı: Sadiq İsabəyli. Finlandiya
Rubio: ABŞ İranla razılaşma istəyir, amma “nəyin bahasına olursa olsun yox”
BƏƏ rəsmisi: Hörmüz boğazının gələcəyi təcavüz yolu ilə müəyyən edilə bilməz
İran xaos və terror ixrac edir - Mark Rutte
Məhbus azərbaycanlı müəllim məhkəmədə iştirakdan imtina etdi
İranlılar Kərbəlada iğtişaş törədiblər
Avropa İranın nüvə silahı əldə etməsinə icazə verə bilməz- Meloni
İran həbsxanasında daha bir məhbus intihar etdi
Etiraz aksiyaları və müharibə ilə bağlı 111 bəluc həbs edilib
Təbriz Maşınqayırma Zavodunun 1600 işçisi ödənilməmiş maaşlara görə tətil elan edib
Qalibaf Azərbaycanda səfərdədir
İranda məhbuslar yenidən aclıq aksiyasına başladılar
Tehranda çörəyin qiyməti 100% bahalaşıb
İranda İsrailə görə həbs edilənlərin sayı açıqlandı
İranda daha iki vəkilə ağır həbs cəzası verildi
Fransa İrana qarşı sanksiyaların ləğvini dəstəkləməyəcək
İranda 15 məhbus edam edildi
Təbrizdə girov götürmə hadisəsi baş verib
Sərt xətt tərəfdarları rejimyönlü küçə toplantıları ilə bağlı hökumət hesabatını tənqid edib
Qətərin əsas qaz mərkəzində partlayış baş verib, 54 nəfər yaralanıb, 18 nəfər itkin düşüb
ABŞ-İran danışıqlarında 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsi razılaşdırılıb
Mollalar Azərbaycan Respublikası ilə sərhədlərin açılmamasından narahatdırlar
İran ilə ABŞ arasında danışıqlar cümə günü davam edəcək
Almaniya mümkün Hörmüz əməliyyatı üçün Qırmızı dənizə gəmilər göndərir
Kirman əyalətində polis şiddəti nəticəsində 7 bəluc qadın yaralanıb
Qoşaçay Qeydiyyatı İdarəsi 7 aydın "Elman" adına doğum şəhadətnaməsi vermir
Xorasan qəzeti İran nümayəndə heyətinə ABŞ rəsmiləri ilə şəkil çəkdirməməyi tövsiyə edib
Fransa razılaşmanın şərtlərindən məmnun qalmadığı halda Irana qarşı BMT sanksiyalarının ləğvinə razılıq verməyəcəyini bildirib
Memorandum imzalandı, mollalar yenidən qonşuları hədələdi
Tramp İranla müharibə qərarını müdafiə edib
Avropa Birliyi İranı insan haqlarını pozduğuna görə tənqid etdi
İsrail və Hizbullah arasında atəşkəs?
"Reuters": İsveçrədə planlaşdırılan ABŞ-İran danışıqları ləğv olunub
ABŞ-ın keçmiş İran nümayəndəsi: İran razılaşmasının ən təhlükəli nöqtəsi Livandır
Paris Tehran müxaliflərinin mitinqinə icazə vermədi
İranda silahlı hücum - Polis zabiti öldürülüb
SEPAH Hörmüz boğazının bağlandığını elan etdi
Pezeşkian və Tramp anlaşma memorandumunu imzalayıb
Guardian: Hörmüz boğazının mərkəzi hissəsi hələ də 80 dəniz minası ilə bağlıdır