SON XƏBƏRLƏR

Piter Semnebi: Avropa Birliyi üçün Qarabağ problemi getdikcə daha ciddi məsələyə çevrilir

2021.10.20, 07:36
Piter Semnebi: Avropa Birliyi üçün Qarabağ problemi getdikcə daha ciddi məsələyə çevrilir

Gunaz.tv

GünAz TV: Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Dağlıq Qarabağda hərbi əməliyyatların bərpasını istisna etmir.

GünAz TV mətbuat mərkəzinin «Azadlıq» radiosunun Ermənistan bürosuna istinadən verdiyi məlumata görə, o, bunu Yerevana səfəri zamanı bildirib. Hazırki vəzifəsində regiona (bölgəyə) son səfərini edən Semnebi bu sahədə çalışdığı dövrdə Qarabağ probleminin həllində cüzi irəliləyişlər olsa da, ciddi nəticənin yoxluğundan təəssüfləndiyini söyləyib.

«Avropa Birliyi üçün Qarabağ problemi getdikcə daha ciddi məsələyə çevrilir», - deyə Semnebi qeyd edib: «Qoşunların təmas xəttində insidentlər (atışmalar) olursa, insanlar ölürsə, bu, kifayət qədər ciddi məsələdir və heç kim vəziyyətin nəzarətdən çıxmayacağına zəmanət verə bilməz. Üstəlik, regionda silahlanma yarışı da davam edir».

Semnebinin sözlərinə görə, hazırda Avropa Birliyi Cənubi Qafqazda xüsusi nümayəndə institutunun digər strukturla (qurumnla) əvəzlənməsi məsələsini nəzərdən keçirir: «Hesab edirəm ki, Avropa Birliyi bu regiona ciddi diqqətini davam etdirəcək».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar