SON XƏBƏRLƏR

İrana Hücum etməmə Sözünü Vermədik

2021.10.20, 07:36
İrana Hücum etməmə Sözünü Vermədik

Gunaz.tv

İrana Hücum etməmə Sözünü  Vermədik

GünazTV: İsrail Müdafiə etmə Naziri Ehud Barak, İsrailin Ordu Radiosunda etdiyi danışıqda , P5+1 ilə İran arasındakı müzakirələrin, Tahran rəhbərliyini nüvə silah inkişaf etdirməkdən saxlayacağına inanmadığını ifadə etdi.

Görüşmələrin zaman itkisindən başqa bir işə yaramadığını müdafiə edən Barak, İran ilə çatılacaq hər hansı bir uzlaşının da "dəyərli  zamanın itkisi" olacağını irəli sürdü. Barak:İtirilən zamana çox kədərlənirik. Halbuki zaman indi çox qiymətli" dedi. 

İsrail mətbuatında keçən həftə çıxan xəbərlərə görə, Obama, noyabr ayında ediləcək prezident seçkiləri əvvəli İrana qarşı hər hansı bir mudaxilə  istəmədiyini Rus və İsrailli səlahiyyətlilərə çatdırdı.

BM Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə İran arasındakı müzakirələrin son dövrü həftə sonunda İstanbulda edilmişdi. Müzakirələrə 23 Mayda İraqın paytaxtı Bağdadda davam ediləcək.

 S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar