SON XƏBƏRLƏR

Ahmedinejaddan Təhdid: "Peşman edərik"

2021.10.20, 07:36
Ahmedinejaddan Təhdid: "Peşman edərik"

Gunaz.tv

Ahmedinejaddan Təhdid: "Peşman edərik"

GünazTV: İrana ediləcək hücuma qarşı, düşmənləri peşman edərik. İrandakı Ordu Günü münasibətiylə ölkə daxilində təşkil edilən merasimlər, silahlı qüvvətlərinin quru, hava, dəniz və xüsusi qüvvətlərinə aid birliklərin gövdə nümayişinə çevrildi.

Paytaxt Tahrandakı qeyd etmələrdə müxtəlif növ və mənzildəki mərmilər də sərgiləndi.Ordu və İnqilab Gözətçilərinin üst səviyyə komandirlərinin də hazır olduğu Tahrandakı mərasimlər daxilində danışan Respublika başçısı Mahmud Ahmedinejad, silahlı qüvvətlərin İranın varlıq və bütünlüyünü qorumağa hazır olduğunu ifadə edərək İrana hücum etmək istəyənləri xəbərdar etdi.

Hər hansı bir ölkə adı ifadə edə bilməyən Ahmedinejad, "İran milləti dostluq və barış istəyir. Ancaq İran silahlı qüvvətlərinin hər cür hücuma qarşı peşman edici cavab verəcəyini hər kəs bilməlidir " dedi.Bölgənin təhlükəsizliyinin bölgə ölkələrinin iştirakıyla təmin edilə biləcəyini ifadə edən Ahmedinejad; xarici müdaxilələrin etibarsızlıq, ixtilaf və təxribatdan başqa bir şey gətirməyəcəyini müdafiə etdi.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar