SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanında etiraz aksiyası keçirilib

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanında etiraz aksiyası keçirilib

Gunaz.tv

GünAz TV: Səudiyyə Ərəbistanında, siyasi məhbusların dərhal azad edilməsi üçün nümayiş keçirilib.

Səudiyyənin şərqindəki Şərqiyə əyalətinin Qətif şəhərində nümayiş keçirilib. Minlərlə insan iqtidardakı ali-Saud rejiminin əleyhinə şüarlar səsləndirib, ölkədə islahatların aparılması, siyasi məhbusların azad edilməsini tələb ediblər.  Bu barədə Ərəb mətbuatı məlumat yayıb.

 Qeyd edək ki, 2011-ci ilin əvvəlindən başlayaraq Səudiyyə Ərəbistanında xalq nümayişləri keçirilir. Lakin Səudiyyə təhlükəsizlik qüvvələri dinc nümayişçilərə qarşı zəhərli qazlar, rezin dəyənəklərdən hətta silahdan da istifadə edirlər. Bunun nəticəsində onlarla insan həlak olub, yüzlərlə adam yaralanıb və həbs olunub. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar