SON XƏBƏRLƏR

Vaşinqton Əsədi Annan planına əməl etməməkdə ittiham edir

2021.10.20, 07:36
Vaşinqton Əsədi Annan planına əməl etməməkdə ittiham edir

Gunaz.tv

GünAz TV: Suriyaya gedən BMT (Birləşmiş Millətlər Təşkilatı)  müşahidəçiləri qrupu fəliyyətə başlayıblar.

Bunu BMT (Birləşmiş Millətlər Təşkilatı) baş katibi Ban Ki Mun bəyan edib. ABŞ hökuməti isə Bəşər Əsədi Annan planına əməl etmədiyini bəyan edib. Baş katibin sözlərinə görə müşahidəçilərin sayı yaxın günlərdə artırılaraq missiya genişləndiriləcək. Baş katib Suriya hökumətini maksimum dayanıqlılıq göstərməyə, atəşkəsin saxlanması məqsədilə ölkə müxalifətini onlarla əməkdaşlıq etməyə çağırıb. Baş katibin sözlərinə görə müşahidəçi qrupun qarşısında duran əsas vəzifəsi müxalifətlə olduğu kimi Suriya hökuməti və təhlükəsizlik qüvvələri ilə əlaqə yaratmaq və qarşılıqlı fəaliyyət göstərməkdir. Münaqişə bölgələrinə göndəriləcək müşahidəçilərin sayının 250-ə çatdırılması üçün BMT Təhlükəsizlik Şurasının daha bir qətnamə qəbul etməsi lazımdır.

Qeyd edək ki, müşahidəçi missiyaya mərakeşli polkovnik (sərhəng) Əhməd Himmiş başçılıq edir. O, bu vəzifədə norveçli general Robert Mudu əvəz edir. Kofi Annanın mətbuat katibi Əhməd Fauzi bildirib ki, Mudun misiyası sona çatıb və o vətənə qayıdacaq. ABŞ (Amerika Birləşmiş Ştatları) hökuməti hesab edir ki, Suriyada atəşkəs rejimi müntəzəm pozulur və Dəməşq hökuməti əvvəlki kimi böhran tənzimlənməsi planının əsas hissəsini yerinə yetirmir. Bunu jurnalistlər üçün keçrilən brifinq (cələsə) zamanı ABŞ Dövlət Departamentinin (xarici işlər nazirliyi) mətbuat xidməti rəhbərinin müavini Mark Toner bəyan edib. Onun sözlərinə görə Vaşinqtonda olan dəlillər Suriyanın müxtəlif bölgələrində hərbi əməliyyatların davam etdiyindən xəbər verir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar