SON XƏBƏRLƏR

Qətərdə dövlət çevrilişinə cəhd olub

2021.10.20, 07:36
Qətərdə dövlət çevrilişinə cəhd olub

Gunaz.tv

GünAz TV: Qətərdə dövlət çevrilişinə cəhd edilib.

Qətərdə bəzi yüksək rütbəli hərbçilərin çevrilişə cəhdi uğursuzluğa düçar olub. Qətər əmiri ABŞ (Amerika Birləşmiş Ştatları) helikopteri ilə saraydan qaçırılıb. Bu barədə Modern.az “Əl-Ərəbiyyə” telekanalına istinadən məlumat yayıb.

Bəzi ərəb media quruluşları “Əl-Ərəbiyyə”yə istinadən, Qətər əmirinin sarayı ətrafında saray keşikçiləri ilə ordu arasında ağır toqquşmalar olduğunu bildirir.

“Əl-Ərəbiyyə” çevriliş edənlərin 30 zabitdən (əfsər) ibarət olduğunu və onların komandirlərinin (fərmandehlərinin) də kral (padşah) qoşun alayının (həng) komandirlərindən Hamid Bin Atiyə olduğunu bildirib.

Xəbərdə Qətər əmiri və həyat yoldaşının Amerikanın bir helikopteri ilə məlum olmayan bir yerə aparıldığı və çevriliş edənlərin də tutulduğu qeyd edilib.

Artıq ölkə başçısı Həmd Bin Xəlifə Ali Sani rejimini devirmək istəyən 30-dək hərbçi həbs edilib. Bundan əlavə bir neçə hərbçiyə ev dustaqlığı verilib.

Qeyd edək ki, Qətər əmirini devirmək istəyən təkcə hərbçilər deyil, yaxın qohum və qardaşları da onu devirmək də maraqlıdırlar. Hazırda kralın qardaşlarından biri onunla müxalifətçiliyinə görə, bir neçə ildir ki, siyasi mühacir kimi Fransada yaşayır. Bundan əlavə, sosial şəbəkələrdə mart (March) ayının 16-da bu ölkə rejiminə qarşı qiyam günü kimi təyin edilib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar