SON XƏBƏRLƏR

Vaşinqton İrandan səmimiyyət gözləyir

2021.10.20, 07:36
Vaşinqton İrandan səmimiyyət gözləyir

Gunaz.tv

GünAz TV: «Tehrandan nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətin təşəbbüslərinə uyğun cavab gəlməyənədək, ABŞ (Amerika Birləşmiş Ştatları) İrana qarşı sanksiylarından (təhrim) əl çəkməyəcək».

Birləşmiş Ştatların dövlət katibi katibi Hillari Klinton Braziliyaya səfəri çərçivəsində jürnalislərə müsahibəsində belə deyib. Tehran isə uranın zənginləşdirilməsi ilə bağlı müzakirələrə hazır olduğunu bəyan edir.

GünAz TV mətbuat mərkəzinin “Lider TV”-yə istinadən yaydığı məlumata görə, ABŞ dövlət katibi qeyd edib ki, İran irəliyə doğru addımlamağa və nüvə proqrammı ilə əlaqədar şübhələri aradan qaldırmağa hazır olduğunu sübut etməlidir. Klintonun sözlərinə görə İran BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun və beynəlxalq ictimaiyyətin narahatlıqlarına son qoyacaq səviyyədə açıq –aydın addımlar atmalıdır. Bu arada İranın xarici işlər naziri Əli Əkbər Salehi öləkəsinin uranın zənginləşdirilməsinə mane olmamaqla bağlı təminat alarsa altılıq ölkələri ilə danışıqlarda nüvə proqramı ilə bağlı dayanıqlıq göstərəcəyini bəyan edib. Bununla yanaşı Salehi Tehranın uranın zənginləşdirilmə səviyyəsi ilə bağlı danışıqlara başlamağa hazır oldğunu da bəyan edib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar