SON XƏBƏRLƏR

Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək

2021.10.20, 07:36
Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək

Gunaz.tv

GünAz TV: Azərbaycan gələn aydan BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasında sədrlik funksiyasının (görəvini) icrasına başlayacaq.

Prezident İlham Əliyev bildirib ki, bütün beynəlxalq təşkilatlarda öz prinsipiallığı (üsula bağlılıq) və ədalətli mövqeyi ilə seçilən Azərbaycan sədrliyi dövründə də ədalətlilik prinsipini davam etdirəcək. Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi müddətdə ilk növbədə beynəlxalq hüququ və ədaləti müdafiə edəcək. Prezident İlham Əliyev bildirib ki, rəsmi Bakının mövqeyi dəyişməzdir. Rəsmi Bakının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəislə bağlı prinsipial mövqeyi də dəyişməz olaraq qalır. Beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyümüz tam şəkildə bərpa edilməlidir. Ali baş komandan İlham Əliyev bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməli, işğalçı qüvvələr torpaqlarımızdan geri çəkilməlidir. Azərbaycanın hərbi potensialının gücləndiyini deyən ölkə başçısı bu sahəyə daim böyük diqqət göstərildiyini vurğulayıb. Azərbaycan bütün sahələrdə olduğu kimi, bu sahədə də şaxələndirilmiş siyasət yürüdür. İndi Azərbaycan silahlı qüvvələri ölkəmizin bütün maraqlarını müdafiə etməyə tam hazırdır. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar