SON XƏBƏRLƏR

Əli Hacızadə: ”Azərbaycanın təbliğatı bir vahid mərkəzdən idarə olunsa onun təsirini artırmaq olar”- Müsahibə

2021.10.20, 07:36
Əli Hacızadə: ”Azərbaycanın təbliğatı bir vahid mərkəzdən idarə olunsa onun təsirini artırmaq olar”- Müsahibə

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, KİV (kütləvi informasiya vasitələri) və PR texnologiya məsələləri üzrə ekspert (karşünas) Əli Hacızadədir.

 

- Bu gün Azərbaycan tanıdılmasında informasiyanın rolun necə dəyərləndirirsiniz?

 

- Azərbaycanın dünyaya tanıtdırılmasında, ölkəmizin müsbət imicinin formalaşmasında informasiya, daha doğru desəm düzgün, dolğun və operativ (çevik) informasiyanın təqdim olunması çox mühüm rol oynayır. Yəni, bu gün informasiya strategiyasi önəmli məsələdir və bunu diqqətdə saxlamaq lazımdır.

 

- Sistemli təbliğatı formalaşdırmaq və aparmaq üçün hansı təklifləriniz var?

 

- Müxtəlif ölkələr bu məqsədlə müxtəlif vasitələrə əl atırlar, bu həm müxtəlif dövlət və qeyri-dövlət qurumlarının yaradılması həm də buna oxşar digər tədbirlərdir.

Azərbaycanın təbliğatı bir vahid mərkəzdən idarə olunsa onun effektivliyini( təsirini) qaldırmaq olar. Amma bu mərkəz kifayət qədər böyük maddi və inzibati imkanlara malik olmalıdır. Mobil, operativ və maksimal dərəcədə effektiv işləyən bir mərkəz bizim işimizə yaraya bilər. Amma burda məxfilik əsas şərtlərdən biridir, əfsuslar olsun ki, bəzən bizim rəsmilər bu işlər haqda ictimayyət üçün açıqlanması arzulanan olmayan məlumatları da açıqlayırlar.

 

- Diaspor qurumlarımızın bu məsələdə imkanlarını səfərbər edə bilirikmi?

 

- Mənə elə gəlir ki, diaspor qurumlarımız hələ o qədər də güclü deyil, bunun bir çox obyektiv və subyektiv (eyni və zehni) səbəbləri var, amma tədricən bu proses (sürəc) yoluna düşür və müəyyən irəliləyiş müşahidə olunur.

Burda bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, xaricdə yaşayan insanlarımızın çox hissəsi nəsə etmək üçün Azərbaycandan kömək gözləyirlər ki, bu da onların effektivliyini və aktivliyini qat-qat azaldır.

 

- Ümumiyyətlə, ermənilər yalancı və saxta iddialarını tanıtmaq üçün hansı metodlardan istifadə edirlər?

 

- Əvvəlcə onu qeyd edim ki, ermənilər bu işə dünən başlamayıblar. Onlar artıq 100 ildən çoxdur ki, təbliğatla məşğuldular. Öz saxta iddialarını yaymaq üçün onlar müxtəlif üsullardan istifadə edirlər. Bunların içində əcnəbi jurnalistlərin, siyasətçilərin, ictimai xadimlərin və ziyalıların ələ alınması, saxta erməni iddialarını dilə qətirən kitabların, filmlərin və digər materialların (sənəd, dəlil) hazırlanması və bir çox buna oxşar işlərlə məşğul olurlar.

Onların fəaliyyətində ayrıca məqam kimi, erməni diasporasının və erməni lobbisinin xarici KİV (kütləvi informasiya vasitələri)-lərlə aktiv işini xüsusi qeyd etmək lazımdır.

Ədalət naminə deməliyəm ki, onlar bu işdə kifayət qədər böyük uğurlara nail ola biliblər. Onların uğurlarının da müxtəlif, zamandan və məkandan asılı olaraq dəyişən səbəbləri var.

 

Söhbətləşdi: Elnur Eltürk

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar