SON XƏBƏRLƏR

Salehi, ölkənin nüvə proqramıyla əlaqədar açıqlama veribdir

2021.10.20, 07:36
Salehi, ölkənin nüvə proqramıyla əlaqədar açıqlama veribdir

Gunaz.tv

Salehi, ölkənin nüvə proqramıyla əlaqədar açıqlama veribdir

 GünazTV: İran Xarici işlər Naziri Əli Əkbər Salehi, ölkənin nüvə proqramıyla əlaqədar ixtilafın "sürətlə" həll edilə biləcəyini söyləyib.

Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə İstanbulda reallaşdırdıqları müzakirələrin ilk dövrünü " müvəffəqiyyətli" olaraq bildirən  Salehi, Bağdadda ediləcək ikinci dövrdə də həll üçün bir araya ogələcəklərini ifadə etdi.

Salehi, "Ortada yaxşı niyyət varsa Tahran bütün problemləri çox sürətli və asanca həll etməyə hazır" dedi.

İran Milli Yüksək Təhlükəsizlik Şurasının Ümumi Sekretarı və Nüvə Başmüzakereci Səid Celili də, nüvə silahların məhvi və yayılmasının önlənməsi üçün əməkdaşlığa hazır olduqlarını söylədi.

Mütəxəssislər, Tahranın nüvə proqramıyla əlaqədar olaraq İstanbulda edilən yığıncaqdan sonra daha yumuşaq olma işarəsi verdiyini ifadə edirlər.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar